“Qələbə naminə canımızdan keçməyə hazır idik”

2021/04/d2677-1618388309.jpg
Oxunub: 964     13:41     17 Aprel 2021    
Zaman keçəcək, illər ötəcək, ancaq ordumuzun qazandığı tarixi qələbə hər bir Azərbaycan vətəndaşının yaddaşında əbədi olaraq yaşayacaq.

Müzəffər Ali Baş Komandanımızın verdiyi o müjdəli xəbərin sevincini xalqımız heç vaxt unutmayacaq. Yağı düşməni ata-baba torpaqlarımızdan qovaraq bu sevincli günləri bizlərə bəxş edən oğullarımızla hər birimiz qürur duyuruq. Belə igidlərimizdən biri - gizir Amil Əsgərov ilə "N" hərbi hissəsində olduğumuz zaman görüşüb, döyüş təəssüratlarını qələmə aldıq. Öyrəndik ki, hərbi qulluqçumuz 1983-cü ildə Bərdə şəhərində anadan olub. Müddətli həqiqi hərbi xidmətini başa vurduqdan bir müddət sonra Amil yenidən ordu sıralarına qayıtmaq, Vətənə müqəddəs övladlıq borcunu yerinə yetirmək qərarına gəlir. Sənədlərini hazırlayıb müvafiq orqana müraciət edən Amil 2012-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində "Gizir hazırlığı" kursunu tank komandiri ixtisası üzrə bitirir. Xidmətinə cəbhə bölgəsində yerləşən bölmələrdən birində başlayır. Keçən müddət ərzində komandiri olduğu zirehli texnikanın sirlərinə dərindən yiyələnərək peşəkarlığını daha da artırır.

Ötən il sentyabrın 27-dən başlayaraq 44 gün davam edən və rəşadətli Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatan Vətən müharibəsində gizir Amil Əsgərov Füzuli, Cəbrayıl, Qubadlı rayonları və Xocavənd rayonunun Hadrut qəsəbəsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. "Hər qarış torpaq uğrunda şiddətli döyüşlər gedirdi. İgid Azərbaycan əsgəri düşmənə göz açmağa imkan vermirdi. Düşmən çaşqınlıq içində qalmışdı. Torpaqlarımızın azadlığı uğrunda hər kəs bir yumruq tək birləşmişdi. Qələbə naminə canımızdan keçməyə hazır idik."

Söhbət əsnasında öyrənirik ki, hərbi qulluqçunun komandiri olduğu zirehli texnika oktyabrın 9-da Cəbrayıl rayonu istiqamətində gedən ağır döyüşlərdə düşmən tərəfindən basdırılan tank əleyhinə minanın partlaması nəticəsində yararsız vəziyyətə düşüb. Kəllə-beyin travması alan Amil döyüş meydanından təxliyə olunaraq hərbi hospitala yerləşdirilib. Qısa zaman ərzində müalicə olunaraq sağalan hərbi qulluqçu yenidən döyüşlərə qatılıb. "Müalicəmi hərbi hospitalda başa vurduqdan sonra yenidən Füzuli rayonunun Horadiz kəndi istiqamətində gedən şiddətli döyüşlərə qatıldım. Komandiri olduğum zirehli texnika ilə düşmənin tankını və PDM-ni dəqiq atəş zərbəsi ilə məhv etdik."

"Vətən müharibəsi Azərbaycan Ordusunun zəfəri ilə başa çatdı. Tarixi yurd yerlərimiz işğaldan azad olundu. Döyüşlərdən sonra Prezident, Ali Baş Komandan tərəfindən Füzuli, Qubadlı və Cəbrayıl rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək, şəxsi igidlik və şücaət nümayiş etdirdiyimə görə "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olundum. Göstərilən etimada görə ölkə və ordu rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. Yaşasın Azərbaycan Ordusu, Qarabağ Azərbaycandır!", - gizir Amil Əsgərov fəxarət hissi ilə bildirdi.

Elçin İmanov, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-ordusu   Qələbə  

“Qələbə naminə canımızdan keçməyə hazır idik”

2021/04/d2677-1618388309.jpg
Oxunub: 965     13:41     17 Aprel 2021    