Soyuq Müharibə dövründə və Yaxın Şərqdə minalar - Kimyəvi və nüvə tərkibli?

2021/04/111-8094056305.jpg
Oxunub: 9926     15:00     19 Aprel 2021    
(IV yazı. III yazını BURADAN oxuya bilərsiniz)

Soyuq müharibə dövründə NATO üzvləri Sovet İttifaqının kütləvi zirehli vasitələrlə hücumlarından narahat idilər. Alyans rəsmiləri Qərbi Almaniyanın bütün sərhədini əhatə edən mina sahəsi planlaşdırırdılar və yeni mina növləri inkişaf etdirirdilər. Britaniyalıların hazırladığı “Mark 7” adlı tank əleyhinə minalar ikinci dəfə təmas zamanı parlayaraq tank tırtırllarını məhv edə bilirdi. Tank birbaşa mina üzərində olarkən qurğu 0.7 saniyəlik gecikmə ilə aktivləşirdi. Britaniya ilk qəlpələri ətrafa saçıla bilən maddəni No7 “Dingbat” adlı minalarında istifadə etdi. ABŞ M6 tank əleyhinə mina və M2 və M16 kimi dairəvi məhvetmə qabiliyyətinə malik sıçrayan piyada əleyinə minalardan istifadə etdilər.

Koreya müharibəsində mina istifadəsi dik ərazi, dar vadilər, meşə örtüyü və inkişaf etmiş yolların olmaması ilə diktə olunurdu. Bu, tankları daha az təsirli edirdi və minalar tərəfindən daha asanlıqla qarşısını almağa imkan verirdi. Lakin, yolların yaxınlığında qoyulmuş minaların aşkar edilməsi çox vaxt asan olurdu. Bu problemə cavab olaraq, ABŞ yolun kənarına quraşdırılan M24 minaları hazırladı. Mina işə düşdükdə hədəf istiqamətində raket atırdı. Lakin mina müharibədən sonra istehsal edilmədi.

Çinlilər kütləvi piyada hücumları ilə çox uğur qazanırdı. Geniş meşə örtüyü isə pulemyotların çeşidini məhdudlaşdırırdı, lakin personal əleyhinə minalar təsirli idi. Buna baxmayaraq, Çinin minalardan istifadə etməsi ilə bağlı elə də çox məlumat yoxdur, əksər hallarda müttəfiqlər üçün düşmən kimi az təhlükə yaradıb. Minalar təmas ilə partlayan minalarla müdafiə olunmurdu deyə Çinlilər onları torpaqdan çıxarıb BMT qüvvələrinə qarşı istifadə edə bilirdilər.

Daha dağıdıcı mina axtaran amerikalılar “Claymore” adlı 60 dərəcə bucaqla saniyədə 1200 metr ölümcül sürətlə polad qəlpələr saçan fuqaslı minalar hazırladılar. ABŞ, həmçinin təmas nəticəsində işə düşən M14 minalarını inkişaf etdirdi. Bunların da hazırlanması Koreya müharibəsi üçün çox gec idi.

1948-ci ildə Britaniya daha az metalın istifadə edildiyi, diamteri olduqca az olan No. 6 piyada əleyhinə minalar inkişaf etdirdi. Bu minaların metal detektorlarla aşkarlanmasını çətinləşdirirdi. Üç təmas nöqtəsi olduğuna görə, bu partlayıcı maddə “Kök mina” ləqəbini aldı. Ancaq nəm havada olduqca etibarsız idi. 1960-cı illərdə Kanadalılar oxşar, lakin daha etibarlı mina inkişaf etdirdilər, C3A1 (“Elsie”) adlı bu minalar Britaniya ordusu tərəfindən də qəbul etdi. Britaniyalılar daha çox sahəni əhatə edən, əvvəlki minalardan dörd qat daha sürətli yerləşdirilə bilən, düzbucaqlı forması olan “L9 Bar Mine” adlı tank əleyhinə mina inkişaf etdirdilər. “Dingbat” minalarının əsasında “Ranger” platsik partlayıcıları yaratdılar, bir dəfəyə yük maşınından 72 ədəd bu platsik partlayıcıdan atılırdı.

1950-ci illərdə ABŞ-ın “Doan Brook” əməliyyatı zamanı minaların hava yolu ilə atılmasının mümkünlüyünü araşdırdı. Bu üç növ hava ilə atılan minaların yaradılmasına gətirib çıxardı. Geniş Sahəni Əhatə edən Piyada Əleyhinə Mina yerə dəydikdə kiçik polad qəlpələr atırdı, hər paylayıcıda 540 mina var idi. BLU-43 “Dragontooth” kiçik idi və enməsini yavaşlatmaq üçün W şəklində idi, “Gravel” minaları isə daha böyük idi. Hər ikisi minlərlə qəlpə ilə dolmuşdu. Qeyd olunan minaların hər üçü bir müddətdən sonra təsirsiz hala gətirilmək üçün hazırlanmışdı, lakin aktivləşdirə bilməyən hər hansı bir şəxs üçün təhlükəsizlik problemi yaradırdı. 1967-1968-ci illər arasında 37 milyondan çox “Gravel” minaları istehsal edildi və Vyetnam kimi yerlərdə istifadə edildi. Bənzər problem partlamamış sursatlarda da var idi.

Səpələnə bilən mina müharibənin artan hərəkətliliyinə cavab olaraq meydana çıxdı. Almanlar tırtıllı avtomobildən AT2 minalarını səpən “Skorpion” sistemini inkişaf etdirdilər. İtalyanlar SB-33 piyada əleyhinə mina ilə SB-81 tank əleyhinə mina arasında sürətlə keçid edə bilən minaatan sistem hazırladılar. ABŞ minaları reaktiv təyyarə, artilleriya sistemi, helikopter və quru əsaslı atıcı sistemlərlə çatdırmaq imkanı verən FASCAM adlı bir sıra sistemlər inkişaf etdirdi.

Yaxın Şərq münaqişələri

İraq-İran müharibəsi, Körfəz müharibəsi və İŞİD tərəfindən başladılan müharibəni əhatə edən 1980-2020-ci illərdə İraqda kütləvi sayda minalar basdırılıb. İraq indi dünyanın ən mix mina yerləşdirilən ölkəsidir. İran-İraq müharibəsi illərində minalar təmin edən ölkələr arasında Belçika, Kanada, Çili, Çin, Misir, Fransa, İtaliya, Rumıniya, Sinqapur, keçmiş Sovet İttifaqı və ABŞ yer alır. Minaların çoxu şimal bölgəsində kürdlərin kompakt yaşadığı ərazidə yerləşdirilib. Körfəz müharibəsi zamanı ABŞ İraqda 117.634 mina yerləşdirib, bunlardan 27 967-si piyada, qalanı tank əleyhinə minalar idi. ABŞ 2003-cü ildə başlayan İraq müharibəsi dövründə minalardan istifadə etməyib.

Kimyəvi və nüvə tərkibli minalar

Birinci Dünya müharibəsində Almaniya ingilislər tərəfindən “Yperite Mine” adlandırılan partlayıcı cihazlar hazırladı. Bu cihazlar tərk edilmiş səngərlərə və bunkerlərə yerləşdirilirdi. Partlayan zaman cihaz ətrafa iprit (dixlordietilsulfid) yayırdı. Almanlar İkinci Dünya müharibəsində müasir kimyəvi maddədən hazırlanan “Sprüh-Büchse 37” minaları inkişaf etdirdilər, lakin heç istifadə etmədilər. ABŞ 1939-cu ildə iprit istifadə olunan M1 kimyəvi minanı inkişaf etdirdi. Daha sonra 1960-cı illərdə VX sinir qazından (sinir-paralitik təsirə malik maddədir və süni sintez edilənlər arasında ən güclüsü sayılır. Qaz BMT tərəfindən kütləvi qırğın silahlarına aid edilib – red.) istifadə edən M23 kimyəvi mina hazırladı.

Sovetlər KhF adlı “məhdudlaşdırıcı kimyəvi mina” inkişaf etdirdilər. Fransızların da inkişaf etdirdiyi kimyəvi minalar var idi və İraqlıların Küveyt işğalından əvvəl bunlara sahib olduqlarına inanılırdı. 1997-ci ildə kimyəvi silahların istifadəsini qadağan edən və məhv edilməsini əmr edən Kimyəvi Silahlar Konvensiyası qüvvəyə mindi. 30 aprel 2019-cu il tarixinə kimi elan edilmiş kimyəvi silah ehtiyatlarının 97% -i məhv edildi.

Soyuq Müharibə dövründə bir neçə on il ərzində ABŞ tez-tez nüvə minası adlandırılan atom sursatları inkişaf etdirdi. Bunlar əllə yerləşdirilə bilən və uzaqdan və ya taymerlə partlaya bilən portativ nüvə bombaları idi. Bunların bir hissəsi Avropada yerləşdirildi. Qərbi Almaniya, Türkiyə və Yunanıstandakı hökumətlər Varşava Paktının hücumlarına qarşı müdafiə olaraq nüvə mina sahələrinə sahib olmaq istəyirdi. Ancaq bu cür silahlar siyasi və taktiki olaraq əlçatmaz idi və 1989-cu ilə qədər bu döyüş sursatlarının sonuncusu istismardan çıxarıldı. İngilislərin də “Blue Peacock” kod adı ilə Almaniyada basdırılacaq nüvə minaları inkişaf etdirmək üçün bir layihəsi var idi, layihə 1958-ci ildə ləğv edildi.

(Ardı var...)
Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Soyuq-Müharibə   Minalar  

Soyuq Müharibə dövründə və Yaxın Şərqdə minalar - Kimyəvi və nüvə tərkibli?

2021/04/111-8094056305.jpg
Oxunub: 9927     15:00     19 Aprel 2021    

Bizi "telegram"da izləyin