Ermənistanda Hərbi Qənimətlər Parkı haqqında nə danışırlar? | “Azərbaycanlılar bu “sima”nı diz çökdürülmüş Nikoldan götürüblər”

2021/04/5676-1618308894.jpg
Oxunub: 17600     16:00     13 Aprel 2021    
Dünən Bakının Xətai rayonundan Hərbi Qənimətlər Parkının açılışı həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Parkda Vətən müharibəsi zamanı düşməndən qənimət götürülən hərbi texnikalar nümayiş olunur.

Ermənistan mətbuatında və siyasi-ictimai dairələrində parkda nümayiş olunan qənimətlər məyusluqla qarşılanıb. Onlar buna görə Nikol Paşinyanı günahlandırırlar.

Erməni politoloq Qaqik Hambaryan yazır ki, Bakıda açılmış erməni hərbi qənimətlər parkında erməni əsgərlərin kuklaları da yerləşdirilib, onların hamısı debil və şizoidal simlardadır.

“Azərbaycanlılar bu “sima”nı onlar tərəfindən diz çökdürülmüş, alçaldılmış və aşağılanmış Nikoldan götürüblər.

Onlar üçün ən iyrənc erməni Nikolun təsviridir, çünki rəqibimiz belə xainlərdən iyrənir.

Maraqlıdır, xain Nikolu dəstəkləyənlər və ona xidmət edənlər ticarət etmək və pul qazanmaq üçün türklərlə yaxınlıq və dostluq etməkdən dedi-qodu etməyə davam edəcəklər?”, - deyə o qeyd edib.

Erməni ictimai xadim Artur Qazaryan da “Facebook” səhifəsində bu məsələyə toxunub: “Bu gün Bakıda açılmış erməni hərbi qənimətləri parkında İlham Əliyev ölmüş erməni əsgərlərin dəbilqələrinin yanından keçir. Bizim bu davamlı alçaltmaları udmağa haqqımız yoxdur”.

Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasının deputatı Nazeli Vardanyan parlamentin iclasında çıxış edərək Azərbaycanda açılmış, erməni hərbi qulluqçuların dəbilqələrinin yerləşdirildiyi parka toxunub.

“Bu, sillə və ölmüş hərbi qulluqçulara qarşı hörmətsizlik idi”, - deyə Vardanyan qeyd edib.

Qondarma qurumun keçmiş “nümayəndəsi” Senor Hasratyan yazıb ki, dünən qonşu, ancaq dost olmayan ölkə özünün birinci siması timsalında erməni tərəfini alçaltmağın növbəti “mərasim”ini təşkil edib.

“Bu, erməni ruhunun son hissələrini əzməyə yönəlmiş “psixoloji hücumlardan” biridir”, - deyə Hasratyan qeyd edib.

Erməni prodüser, rejissor Ruben Mxitaryan “Facebook” səhifəsində məsələyə belə münasibət bildirib: “Nə ayıbdır... Ay insan, nə ayıbdır... Parlament tribunasından “Mənim addımım” deputatı deyir ki, İlham Əliyevin yaratdığı “qənimət parkı”na toxunmaya bilməzdi. Ay insan, bu qədər həyasızlıq bunlarda haradandır? Ay insan, bir həftə əvvəl türklər və azərbaycanlılar ilə dostlaşmaqdan danışan siz deyildiniz?”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Ermənistan-ordusu   Ermənistan   Böhran  

Ermənistanda Hərbi Qənimətlər Parkı haqqında nə danışırlar? | “Azərbaycanlılar bu “sima”nı diz çökdürülmüş Nikoldan götürüblər”

2021/04/5676-1618308894.jpg
Oxunub: 17601     16:00     13 Aprel 2021    