Rusiya MN-dən Qarabağda basdırılan minalarla bağlı açıqlama

2021/04/mina--1618114311.jpg
Oxunub: 1891     08:10     11 Aprel 2021    
Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri əraziləri minalardan təmizləməyə davam edir.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, gün ərzində 11 hektar ərazi, 5 kilometr yol minalardan təmizlənib, 9 partlayıcı maddə aşkar olunub. Ümumilikdə isə 23 noyabr 2020-ci il tarixindən başlayan əməliyyatlar müddətində Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri tərəfindən təxminən 1957 hektar ərazi, 602 kilometr yol, 1691 yaşayış yeri, 30 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib, 25 482 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib.

Aşkar edilmiş partlayıcı vasitələr və partlamamış döyüş sursatları xüsusi təchiz edilmiş poliqonda məhv edilir. Evakuasiya edilə bilməyən döyüş sursatları isə yerindəcə zərərsizləşdirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Rusiya   MN  

Rusiya MN-dən Qarabağda basdırılan minalarla bağlı açıqlama

2021/04/mina--1618114311.jpg
Oxunub: 1892     08:10     11 Aprel 2021    