Vətən uğrunda şəhidlik zirvəsinə ucalan 24 yaşlı leytenant – Qəzənfər Məmmədov

2021/04/16180-3236127668.jpg
Oxunub: 2160     17:58     10 Aprel 2021    
Ötən il sentyabrın 27-dən noyabrın 9-dək davam edən və torpaqlarımızın işğalına son qoyulması ilə başa çatan Vətən müharibəsində Azərbaycanın yeni nəsil zabitləri də şərəfli döyüş yolu keçərək, öz şücaətləri, peşəkarlıqları ilə şanlı tarix yazdılar. Müasir hərb tariximizdə parlaq səhifə yazan həmin zabitlərimiz arasında Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yetirmələri də var. Belə qəhrəman döyüşçülərdən biri də leytenant Məmmədov Qəzənfər Habil oğludur.

Ordu.az xəbər verir ki, bu fikirlər Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının veteranı, ehtiyatda olan kapitan, tədqiqatçı-jurnalist Yalçın Abbasovun qəhrəman döyüşçü ilə bağlı məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Leytenant Qəzənfər Məmmədov Vətən müharibəsində Daxili Qoşunların şəhid olan zabitlərindən ən kiçik rütbəlisidir. O, 1996-cı il avqustun 23-də Gəncədə anadan olub. Habil Məmmədov və Yeganə Məmmədovanın qurduğu ailənin iki oğul övladından biri və kiçik qardaşı Əlidən bir yaş böyük olan Qəzənfərin orta məktəb illərinin müəyyən hissəsi Moskvada keçib. Moskvadakı 363 saylı tam orta məktəbdə 5-ci sinfə qədər oxuyub. Sonra Gəncədəki Mikayıl Müşfiq adına 14 saylı tam orta məktəbdə təhsilini davam etdirib.

Ailəsinin bildirdiyinə görə, Qəzənfər hər iki məktəbdə tədris olunan fənlər üzrə əla qiymətlər alıb. Riyaziyyat və tarix fənlərinə daha çox maraq göstərib, dünyagörüşünün artırılması yönündə daim çalışıb. Müxtəlif mövzularda kitabların mütaliəsinə xüsusi diqqət yetirib. Orta məktəbin ictimai həyatında da fəal olub. Müəllimlərinin və yoldaşlarının hörmətini qazanıb.

Qəzənfər yeniyetməlik yaşlarından basketbolla məşğul olub, yarışlarda uğurla iştirak edərək medal, fəxri fərman və diplomlarla mükafatlandırılıb. Ümumilikdə, Qəzənfərin xarakterinin formalaşmasında sağlam həyat tərzi, idman və təhsil kimi amillər vacib rol oynayıb. Hansı kollektivin üzvü olubsa, orada onun təşkilatçılıq, liderlik, etibarlı yoldaşlıq, dürüstlük, xeyirxahlıq cəhətləri özünü büruzə verib.

Vətənpərvərlik əqidəsinin daşıyıcı olması, hərbi qulluqçulara rəğbət bəsləməsi Qəzənfərin peşə seçiminə təsirsiz qala bilməzdi. O, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şərəfli ömür yolunu Vətən naminə fədakarlığın təzahürü kimi özünə örnək bilirdi.

2014-2018-ci illərdə Qəzənfər Daxili Qoşunların Ali Hərbi Məktəbində hərbi təhsil alıb. Dörd il kursant kimi hərbi peşənin sirlərinə, zabit üçün gərək olan biliklərə və praktiki bacarıqlara yiyələnib. Ali Hərbi Məktəbdə də tədris və təlimdə fəallığına görə müsbət xarakterizə olunub. Onun Ali Hərbi Məktəbin məzunu olaraq leytenant poqonları taxdığı gün həyatının ən sevincli günlərindən biri idi. Qəzənfərin adı Ali Hərbi Məktəbin ilk buraxılış heyəti məzunlarının siyahısındadır. Daxili Qoşunların layiqli yetirməsi kimi hərbi xidməti dövründə bu etimadı doğruldub.

2018-ci ilin iyunundan etibarən leytenant Qəzənfər Məmmədov Qoşunların Bakının Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsinə göndərilib, burada xüsusi vasitələrin tətbiqi dəstəsinin xüsusi vasitələrin tətbiqi bölməsində qrup komandiri vəzifəsinə təyin edilib. Komandiri olduğu qrupun şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsində zəhmətini əsirgəməyib. Tabeliyindəki hərbi qulluqçuların təlim-tərbiyəsi prosesində təcrübəli komandirlərin tövsiyələrinə diqqətlə yanaşıb. O, bir komandir kimi şəxsi heyətə həmişə qayğı göstərib, hərbi kollektivdə birliyin qorunub saxlanılmasında məsuliyyətini düzgün dərk edib. Bununla yanaşı, Qəzənfər komandiri olduğu hərbi qulluqçulara fərdi söhbətlər zamanı, nəzəri və praktiki məşğələlərdə vətənpərvərlik əqidəsi aşılayıb. Onları qarşıya qoyula biləcək istənilən döyüş tapşırığının yerinə yetirilməsinə hazırlayıb.

Vətən müharibəsinin başlaması xalqımız və dövlətimiz üçün çətin sınaq olsa da, vətəndaşlarımız Respublika Prezidenti, Müzəffəe Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətənin müdafiəsi, işğal altındakı ərazilərimizin qurtuluşu naminə birləşərək səfərbər oldular.

Döyüşlərin getdiyi ilk günlərdən Daxili Qoşunların şəxsi heyəti də ön cəbhədə düşmənə qarşı qətiyyətlə vuruşub.

Leytenant Qəzənfər Məmmədov “N” saylı hərbi hissədən döyüş bölgəsinə ezam edilən hərbi qulluqçulardan biri kimi tabeliyindəki döyüşçülərlə birgə ayrı-ayrı istiqamətlərdə təcavüzkarlara tutarlı zərbələrlə cavab verib. Füzuli, Xocavənd rayonlarının ərazilərində və Şuşa ətrafında döyüşlərdə Qəzənfər qorxmaz zabit, yenilməz iradəyə malik komandir kimi hərbi qulluqçulara inamla rəhbərlik edib.

Zabitlə birgə döyüş yolu keçmiş “N” saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Xəyal Yaşılov, baş əsgər Bəxtiyar Həsənov və əsgər Elvin Qurbanəliyev Qəzənfər haqqında xatirələrini dərin kədər hissi ilə bölüşüb, onun hər bir döyüşçüyə komandirdən çox qardaş münasibəti göstərdiyini söyləyiblər. Qeyd edilib ki, zabit döyüş tapşırıqlarını peşəkarcasına yerinə yetirməklə yanaşı, döyüşçülərin həyatını mümkün olduğu dərəcədə qorumaq barədə də düşünürdü. Təhlükəli anlarda ruh düşkünlüyünə yol verilməməsi üçün silahdaşlarını öz güclərinə inanmağa çağırırdı. Cəsurluğu, döyüş şəraitinin ortaya çıxardığı çətinliklərə sinə gərməsi ilə digərlərini də irəli getməyə ruhlandırırdı. Şuşaya doğru hərəkət edərkən dağlıq-meşəlik ərazi ilə uzun məsafə qət edilib, düşmənin bəzi postlarından yan keçməyi bacarsalar da, bir neçə dəfə pusquya da düşüblər. Ancaq düşmənin atəş nöqtələrini susduraraq pusqudan çıxıblar. Şuşa uğrunda döyüşlərdə şəhərin ətrafındakı mühüm mövqelərin ələ keçirilməsi əsas hədəflər olub. Laçın-Şuşa yolunu nəzarətə götürməyə, bununla düşmənin bu istiqamətdən hərəkətini kəsməyə imkan verən əlverişli yüksəkliyin alınması və saxlanmasında leytenant Qəzənfər Məmmədovun komandiri olduğu qrupun şəxsi heyəti də fərqlənib. Düşmənin həmin yüksəkliyi geri almaq və yolu açmaq cəhdlərinin qarşısı alınıb, o, həmin həmlələr zamanı geri oturdulub.

Silahdaşlarının bildirdiklərinə görə, yuxarıda qeyd edilən yüksəklik erməni işğalçıları tərəfindən bir neçə gün tank, top və minaatanlardan şiddətli atəşə məruz qalıb. Noyabrın 6-dan 7-nə keçən gecə leytenant Q.Məmmədov yaxınlığında partlayan mərminin qəlpələrindən ağır yaralanaraq şəhid olub. Noyabrın 9-dək şəhidin nəşi döyüş zonasından çıxarılıb. Qəhrəman zabit noyabrın 12-də Gəncədəki Şəhidlər xiyabanında dəfn olunub.

Məlum olduğu kimi, noyabrın 8-də Şuşanın işğalına son qoyulub, noyabrın 10-da isə döyüşlərin dayandırılması barədə üçtərəfli bəyanat qüvvəyə minib. Azad Şuşaya qədəm basmaq və müharibənin başa çatmasının şahidi olmaq Qəzənfərin qismətinə yazılmasa da, bu şanlı zəfərdə minlərlə hərbçimiz arasında onun da müqəddəs payı var.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il dekabrın 15-də, 25-də və 29-da imzaladığı sərəncamlarla leytenant Qəzənfər Məmmədov ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Qəzənfərin məzunu olduğu Gəncədəki 14 saylı tam orta məktəbin kollektivi onun adının əbədiləşdirilməsi təşəbbüsünü irəli sürüb.

Vətən müharibəsində xalqımızın mətanəti və qələbə əzmi bir daha göstərdi ki, Azərbaycanda, o cümlədən müharibə zamanı azğın işğalçının raket atəşinə məruz qoyduğu və dinc sakinlərini qətlə yetirdiyi Gəncədə də Qəzənfər kimi oğullar daim yetişəcək, Vətənin müdafiəsində ayıq-sayıq dayanacaqlar.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qəzənfər-Məmmədov  

Vətən uğrunda şəhidlik zirvəsinə ucalan 24 yaşlı leytenant – Qəzənfər Məmmədov

2021/04/16180-3236127668.jpg
Oxunub: 2161     17:58     10 Aprel 2021    