“Həqiqətləri olduğu kimi dünyaya çatdırmalıyıq” - Hikmət Hacıyevi

2021/02/57858-1612631842.jpg
Oxunub: 755     14:46     10 Aprel 2021    
Azərbaycan ilə Türkiyə arasında effektli media platforması yaradılıb.

Ordu.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxışı zamanı deyib.

H.Hacıyev bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı Türkiyə mediası həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayıb.

“Mən bununla bağlı öz təşəkkürümü bildirirəm. Hesab edirəm ki, Tükdilli Dövlətlərin Əməkdaşlıq Şurası tərkibində belə bir platformanın yaradılması vacibdir. Hətta media forumlarının keçirilməsi də bu istiqamətdə atılan vacib addım olar. Biz özümüzü, mədəniyyətimizi dünyaya daha yaxşı çatdırmalıyıq".

Prezidentin köməkçisi, həmçinin qeyd edib ki, bəzən türk dövlətlərinə qarşı saxta informasiya kampaniyaları aparılır:

"Biz səylərimizi səfərbər etməli və özümüzü göstərməliyik, reallıqları, həqiqətləri olduğu kimi dünyaya çatdırmalıyıq. Sosial media platformalarında ölkələrimizə qarşı aparılan saxta və çirkin kampaniyaların qarşısının alınması istiqamətində birgə fəaliyyət göstərməliyik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hikmət-Hacıyev  

“Həqiqətləri olduğu kimi dünyaya çatdırmalıyıq” - Hikmət Hacıyevi

2021/02/57858-1612631842.jpg
Oxunub: 756     14:46     10 Aprel 2021    