Putinin məlum zəngi və boş təyyarə

2021/02/35498-1614161446.jpg
Oxunub: 1649     16:39     10 Aprel 2021    
Bir neçə gün öncə Rusiya prezidenti Vladimir Putin dünən Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı aparıb. Kremlin yaydığı açıqlamaya görə, Qarabağ ətrafındakı vəziyyət, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci ilin 9 yanvar və 2021-ci il 11 yanvar tarixli bəyanatlarına uyğun olaraq vəziyyətin nizamlanması məsələlərini müzakirə ediblər. Xüsusilə bölgədə sülhün, təhlükəsizliyin, tədricən sosial-iqtisadi inkişafın təmin edilməsi, həmçinin nəqliyyat kommunikasiyalarının bərpası prosesi ətraflı müzakirə olunub.

Üstəlik, 7 aprel tarixində Moskvada keçirilmiş yüksək səviyyəli Ermənistan-Rusiya danışıqlarının nəticələri nəzərə alınıb.

Tərəflər müxtəlif səviyyələrdə təmasları intensivləşdirmək barədə razılığa gəliblər.

Xatırladaq ki, 7 apreldə Putin Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul etmişdi.

Bundan sonra heç bir erməni diversantın qayıtmadığı bir təyyarə eniş edir.

Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Baş katibi ilə birgə keçirdiyi mətbuat konfransında hərbi əsirlər məsələsinin həll edildiyini, məsələnin qapandığını açıqlayır. XİN rəhbəri bildirir ki, noyabrın 10-dan bu yana Azərbaycan tərəfi 70-dən çox hərbi əsiri Ermənistana, Ermənistan isə 12 hərbi əsiri geri qaytarıb.

“Ermənistanın hal hazırda qaldırdığı məsələ 10 noyabrdan təxminən bir ay sonra ortaya çıxıb”, - deyə Ceyhun Bayramov açıqlamadan sonra erməni tərəfinin təxribatı nəticəsində 4 azərbaycanlı hərbçinin öldüyünü və bir mülki şəxsin yaralandığını bildirib. Azərbaycanın həyata keçirdiyi əməliyyat nəticəsində həmin erməni hərbçilərindən ibarət qrup zərərsizləşdirilib və onlar həbs olunub.

“Araşdırma zamanı bu şəxslərin Azərbaycan ərazisində 26 noyabrda yerləşdirildiyi məlum olub. Onların demək olar ki, hamısı Ermənistanın Şirak bölgəsindəndir. Onlar, cinayət törədiblər”, - deyə XİN rəhbəri qeyd edib.

Ceyhun Bayramov qeyd edib ki, 10 noyabr bəyanatına görə, erməni hərbçilər Azərbaycan ərazisini tərk etməli idilər: “Amma yenə də keçmişdə olduğu kimi Ermənistanın Azərbaycan ərazilərinə qoşun yeritməyə çalışdığını görürük. Azərbaycan bununla bağlı müvafiq beynəlxalq təşkilatlara məlumat verib”.

Ermənistan Baş nazirinin müavini Tiqran Avinyanın ofisindən məlumat verilib ki, əsirlərin qaytarılması yenidən təxirə salınır.

“Rusiya tərəfinin vasitəçiliyi ilə danışıqlar davam edir”, - deyə o qeyd edib.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Ermənistan   Böhran  

Putinin məlum zəngi və boş təyyarə

2021/02/35498-1614161446.jpg
Oxunub: 1650     16:39     10 Aprel 2021    