Alman analitik: “Ermənistan səlahiyyətliləri çoxsaylı diplomatik səhvlər ediblər”

2021/04/alman-1618045790.jpg
Oxunub: 3973     14:09     10 Aprel 2021    
“Qərb, qərb təşkilatları Dağlıq Qarabağda başlamış müharibəyə müdaxilə etmədi və faktiki olaraq hər şeyi, eləcə də sülhməramlı missiya həyata keçirməyi Türkiyəyə, Rusiyaya buraxdı, razılaşdı ki, regional güclü dövlətlər bu problemi özləri həll etsin”.

Ordu.az xəbər verir ki, bunu almaniyalı analitik Aleksandr Rar deyib.

“Qərb, nə Avropa İttifaqı, nə də Birləşmiş Ştatlar müharibə tərəflərindən heç birinə, nə Ermənistana, nə də Azərbayacana dəstək vermədi”, - deyə o qeyd edib.

Analitik ATƏT-in Minsk qrupunun roluna toxunaraq qeyd edib ki, onun fikrincə, bu həll formatı təsirə malik olmayan formatdır.

“Ermənistan səlahiyyətliləri çoxsaylı diplomatik səhvlər ediblər. Paşinyan həm Qərb, həm də Rusiya ilə oyunlar oynamağa başladı”, - deyə Aleksandr Rar vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Almaniya   Ermənistan   Böhran  

Alman analitik: “Ermənistan səlahiyyətliləri çoxsaylı diplomatik səhvlər ediblər”

2021/04/alman-1618045790.jpg
Oxunub: 3974     14:09     10 Aprel 2021    