Rusiya ordusunda robot birlikləri yaradılacaq

2021/04/i_161-1618033884.jpg
Oxunub: 853     12:30     10 Aprel 2021    
Rusiya ordusunda döyüş sahəsinin gələcəyini müəyyənləşdirə biləcək döyüş robotları ilə silahlanmış ilk birlik quracaq.

Ordu.az xəbər verir ki, bu Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Məlumata görə, Rusiya Silahlı Qüvvələrində beş “Uran-9” robot sistemini və ya 20 döyüş maşınını işlətmək üçün zərbə robotları olan ilk birlik yaradılacaq.

Rusiya artıq Nazirliyin elmi tədqiqat mərkəzlərindən birində təcrübə mərkəzi qurduğunu bildirib.

“Bu mərkəz daha sonra operativ hərbi hissələrdə “Uran-9” zərbə robot maşınlarını idarə edəcək personal yetişdirəcək”, - deyə məlumatda bildirilir.

“Uran-9”un Suriyada sınaqdan keçirildiyi bildirilir. Suriyadakı sınaqlar zamanı çatışmazlıqlar aşkar edilib. Xüsusilə nəzarət, hərəkətliliyin azaldılması və qənaətbəxş olmayan hərbi kəşfiyyat və nəzarət funksiyaları məsələləri mühəndislər tərəfindən nəzərdən keçirilib.

Robot vasitəsi 30mm avtomatik top, 7.62mm PKT pulemyot, “Ataka” tank əleyhinə idarəolunan raketlər ilə silahlanıb. “Uran-9” şəxsi heyəti düşmən atəşindən qorumaq üçün yaradılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Robot  

Rusiya ordusunda robot birlikləri yaradılacaq

2021/04/i_161-1618033884.jpg
Oxunub: 854     12:30     10 Aprel 2021    