Cənubi Koreya beşinci nəsil KF-X qırıcı təyyarəsinin ilk prototipini təqdim edib

2021/04/kf-x-1617974808.jpg
Oxunub: 971     17:00     09 Aprel 2021    
Cənubi Koreya bu gün İndoneziya ilə birlikdə inkişaf etdirdiyi beşinci nəsil KF-X döyüş təyyarəsinin ilk prototipini təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.

“Korea Aerospace Industries” (KAI) şirkəti tərəfindən hazırlanan yeni nəsil təyyarələr ABŞ istehsalı F-35-ə daha ucuz, daha az gizli alternativ olaraq dizayn edilib.

Cənubi Koreyanın köhnə döyüş təyyarələrinin çoxunu əvəz etmək və ixrac üçün daha çox təyyarənin istehsal edilməsi planlaşdırılır.

Ölkənin cənubunda yerləşən Saçeon şəhərindəki KAI qərargahındakı keçirilən təqdimatda Cənubi Koreya Prezidenti Mun Cae və İndoneziyanın Müdafiə naziri Prabovo Subianto də iştirak edib.

Döyüş təyyarələrinin ilk uçuşlarınının 2022-ci ildə keçirilməsi gözlənilir.

Mun Cənubi Koreyanın 2028-ci ilə qədər ən azı 40, 2032-ci ilə qədər 140 döyüş təyyarəsinə sahib olacağını bildirib.

Cənubi Koreya ordusu tərəfindən inventara qəbul olunduğu zaman təyyarə KF-21 “Boramae” adlandırılacaq.

Cənubi Koreya və İndoneziya 2014-cü ildə qırıcını 6,3 milyard dollar dəyərində olan layihədə birlikdə inkişaf etdirməyə razılaşır və Cakarta bu xərclərin 20 faizini ödəyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: KF-X   Cənubi-Koreya  

Cənubi Koreya beşinci nəsil KF-X qırıcı təyyarəsinin ilk prototipini təqdim edib

2021/04/kf-x-1617974808.jpg
Oxunub: 972     17:00     09 Aprel 2021    