2016-cı ildə Paşinyan erməni-rus birgə HHM sistemi barədə nə deyirdi?

2021/04/timth-1617953391.jpg
Oxunub: 1080     16:53     09 Aprel 2021    
Nikol Paşinyan erməni hüquqşünaslarla görüş zamanı Rusiya prezidenti Vladimir Putinlə apardığı danışıqların nəticələri barədə danışarkən deyib ki, prezidentlə görüşün nəticələrindən məmnundur, hətta “çox məmnun”dur.

“Eməni-rus qoşun qrupu barədə müqaviləyə və regional hava hücumundan müdafiə üçün ümumi sistem haqqında razılaşmaya sahibik, bunlar fəaliyyət göstərir”, - deyə o qeyd edib.

Paşinyan əlavə edib ki, yeni vəziyyətdə bu razılaşmaların müddəalarının həyata keçirilməsi üçün konkret planı və mexanizmləri müzakirə ediblər. Paşinyanın niyə bu qədər məmnun olduğunu söyləmək çətindir.

“Hraparak” nəşri yazır ki, hələ 2016-cı ildə Aprel döyüşlərindən sonra Ermənistan parlamenti Ermənistan və Rusiya arasında Hava Hücumundan Müdafiə (HHM) razılaşmasını təsdiq edəndə o, alovlu çıxış edib və erməni-rus münasibətləri ilə bağlı daşı daş üstündə qoymayıb, razılaşmanı isə Ermənistan üçün “butaforik təhlükəsizlik” (saxta) kimi xarakterizə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   Paşinyan  

2016-cı ildə Paşinyan erməni-rus birgə HHM sistemi barədə nə deyirdi?

2021/04/timth-1617953391.jpg
Oxunub: 1081     16:53     09 Aprel 2021    