Pekin ABŞ-ın hərbi varlığını artırması fonunda Cənubi Çin dənizində qazma işləri aparır

2021/04/54645-1617964258.jpg
Oxunub: 859     17:48     09 Aprel 2021    
Çin ordusu dənizin dibini araşdırmaq üçün Cənubi Çin dənizində qazma işlərinə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə dövlətə məxsus “Sinxua” xəbər agentliyi məlumat yayıb.

Qazma işləri ABŞ-ın dənizdə patrul missiyalarını artırdığı dövrə təsadüf edir. Çin son aylarda cənubi Çin dənizində hərbi fəaliyyətini artırıb. ABŞ, Filippin, Tayvan aminstrasiyası Çinin fəaliyyətindən narahat olduğunu bildiriblər.

Çinli elm adamları qazma işləri zamanı “Sea Bull II” qazma sistemindən istifadə edərək 2,060 m dərinlikdə 231 metr uzunluğunda olan çöküntü nüvəsi əldə ediblər.

Bölgədəki gərginlik son həftələrdə Çin ordusuna məxsus 100-dən artıq kateri Palavan adasının 320 kilometr qərbində və Filippinin xüsusi iqtisadi zonası daxilində topladığı aşkarlanandan sonra daha da artıb.

Həmin vaxtdan etibarən ABŞ Cənubi Çin dənizinə “USS Theodore Roosevelt” aviadaşıyıcısının rəhbərlik etdiyi bir neçə hərbi gəmi göndərib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Pekin   ABŞ   Çin  

Pekin ABŞ-ın hərbi varlığını artırması fonunda Cənubi Çin dənizində qazma işləri aparır

2021/04/54645-1617964258.jpg
Oxunub: 860     17:48     09 Aprel 2021    