Son 4 ayda dördüncü hərbi təlim: Azərbaycan və Türkiyə İrəvana nəyi başa salmağa çalışır?

2021/04/16178-1617872926.jpg
Oxunub: 3795     16:41     08 Aprel 2021    
Artıq Azərbaycanın Türkiyə ilə birgə operativ-taktiki təlimləri başlayıb. Təşkil olunan təlimlər Azərbaycan Ordusunun hərbi birliklərinin cavabdehlik zonalarının müxtəlif istiqamətlərində yerləşən ümumqoşun poliqonlarında keçirilir.

Təlimlərin məqsədləri Azərbaycan və Türkiyə ordusunun əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsidir.

Bu, cari ilin ilk 4 ayı ərzində Türkiyə və Azərbaycan arasında dördüncü hərbi təlimdir. İki ölkənin Silahlı Qüvvələrinin növbəti birgə təlimləri, iki ölkənin rabitə qoşunlarının hərbi qulluqçularının iştirakı ilə aprelin 6-da başlayıb.

Təlimlər zamanı hərbçilər vahid rabitə sisteminin təşkilinə yönəlmiş problemləri həll etməli, rabitəçilərə qoşunların qarşılıqlı əməkdaşlığını və səhra idarəetmə mərkəzlərinin yaradılmasını təmin etmək tapşırılmışdı. Daha bir operativ-taktiki hərbi təlim isə 8-9 aprel tarixlərində keçirilir. Azərbaycan və Türkiyə iki ordu arasında əməliyyat bölmələrinin qarşılıqlı əməkdaşlığını və döyüş qabiliyyətini artırırlar.

Bu, cari ilin ilk dörd ayında Türkiyə və Azərbaycan arasında dördüncü hərbi təlimdir. Ötən ayın ortalarında plan üzrə nəzərdə tutulan hərbi təlim baş tutub. Təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 100-dən çox tank və digər zirehli texnika, 200 müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemi və minaatanlar, 30-dək aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub. Fevral ayında isə Qarsda keçirilən ortaq hərbi təlimlər zamanı yeni, əsasən hücum silahları nümayiş olunmuşdu.

Müharibə bitdikdən sonra bu cür hərbi təlimlərin tezliyi və əvvəlki illərdən daha çox keçirilməsi İrəvanda qorxu yaradıb.

İrəvanda düşünürlər ki, müharibədən sonra psixoloji bir amil var, Türkiyə-Azərbaycan müttəfiqliyi erməni tərəfini qorxutmağa, nəticədə kommunikasiya məsələlərində arzu olunan güzəştləri əldə etməyə çalışır.

Ancaq ən əsası, Azərbaycan və Türkiyə uzaq gələcək üçün ortaq bir Türkiyə-Azərbaycan hərbi birləşməsi yaratmaq yolunda geniş bir proqram üzərində işləyirlər. Başqa sözlə, NATO üzvü olan Türkiyə postsovet məkanında yer alır, bu isə Ermənistan və onun havadarları üçün qəbuledilməzdir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Azərbaycan   Təlim  

Son 4 ayda dördüncü hərbi təlim: Azərbaycan və Türkiyə İrəvana nəyi başa salmağa çalışır?

2021/04/16178-1617872926.jpg
Oxunub: 3796     16:41     08 Aprel 2021    