Danimarka ordusuna ilk F-35 döyüş təyyarəsi təhvil verilib

2021/04/56756-1617872093.jpg
Oxunub: 5099     20:41     08 Aprel 2021    
Danimarka Hərbi Hava Qüvvələrinə “Lockheed Martin” şirkəti tərəfindən istehsal edilən ilk stels qabiliyyətə malik F-35A döyüş təyyarəsi təhvil verilib.

Ordu.az xəbər verir ki, təyyarə “Fort Worth” aviabazasında xüsusi mərasimlə təqdim edilib.

Danimarka qarşıdakı illərdə bu müasir təyyarələrdən 27-ni alacaq. Bu Şimali Avropa ölkəsi F-35 proqramının inkişafında rol oynayır. Danimarkanın “Terma A/S” və “Multicut A/S” şirkətləri təyyarədə istifadə olunan bəzi hissələri, o cümlədən kompozitlər, üfüqi quyruq kənarları, radar komponentləri və proqram təminatı istehsal edir.

F-35A versiyası ənənəvi uçuş-enmə zolaqları üçün hazırlanıb. “Lockheed Martin”, həmçinin helikopter kimi qalxıb enə bilən və aviadaşıyıcıların uçuş-enmə zolaqları üçün F-35B istehsal edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Danimarka   F-35  

Danimarka ordusuna ilk F-35 döyüş təyyarəsi təhvil verilib

2021/04/56756-1617872093.jpg
Oxunub: 5100     20:41     08 Aprel 2021    