Tarixin ən qəddar ixtiralarından biri - MİNA (II YAZI)

2021/04/76876-4853895030.jpg
Oxunub: 6062     16:55     09 Aprel 2021    
(II yazı. I yazını BURADAN ​oxuya bilərsiniz)

Torpağın altında yerləşdirilən minaların tarixini üç əsas mərhələyə bölmək olar: Qədim dünyada yerə basdırılmış iti uclu dəmir parçaları müasir mina ilə eyni funksiyaları yerinə yetirdi. Hazırlanmasında partlayıcı maddə olaraq barıtdan istifadə edilən minalar Minq sülaləsindən Amerika Vətəndaş Müharibəsinə qədər istifadə edilib. Daha sonra yüksək partlayıcı maddələr hazırlanıb və torpaq altına yerləşdirilən minalarda istifadə ediib.

Partlayıcılardan əvvəl

Roma İmperiyasındakı bəzi istehkamlar torpağa basdırılmış bir sıra təhlükələrlə əhatə olunmuşdu. Bunlara əsasən əkinçilikdə istifadə edilən, iti uclu çubuq növləri, uclarında dəmir qarmaq taxılan taxta parçaları, lilia (ucu itilənmiş şalbanların yerləşdirildiyi çuxurlar), abatilər (budaqları iti və yuxarı çevrilən ağaclar) daxildir. Müasir minalarda olduğu kimi qədimdə də bu funksiyanı yerinə yetirən tələ “qurban tərəfindən aktivləşdirilir”, adətən gizlədilir və düşmənin kənardan zərərsizləşdirə bilməyəcəyi qədər geniş zonalar yaradır, zərərsizləşdirməyə çalışsalar tələyə düşürdülər (əsasən zərərsizləşdirməyə çalışanda nizə atışları başlayırdı).

Bu vasitələrdən Yuli Sezar Alesia müharibəsində (e.ə. 52-ci ildə Qay Yuli Sezarın başçılıq etdiyi Roma ordusu ilə Versinqetorikin rəhbərliyi alyındakı Qalliya ordularının toqquşması) diqqətəlayiq miqyasda istifadə edib. Sezarın qüvvələri Qalliyalıların lideri Versinqetoriki mühasirəyə almışdılar, lakin Versinqetorik əlavə qüvvələr cəlb etməyi bacardı. Mühasirəni davam etdirmək və əlavə qüvvələrə qarşı müdafiə etmək üçün Sezar hər iki tərəfdən də istehkam xətti yaratdı və bunlar onun qələbə qazanmasında mühüm rol oynadılar. 1314-cü ildə Bannokbörn döyüşündə şotlandlar tərədindən ingislərə qarşı və Birinci Dünya Müharibəsi ərəfində isə almanlar tərəfindən lilialardan istifadə edilib.

Romalılar tərəfindən istifadə edilən və daha asanlıqla quraşdırlan minaya bənzər qurğulardan biri də dəmir tikanlar idi. Təxminən 12-15 sm arasında, ucu yuxarı dörd iti tikan olan silah müasir personal əleyhinə minalarda olduğu kimi əsgərləri öldürmək üçün yox, onları yaralamaq üçün hazırlanmışdı. Bunlar atdıqları hər addımı diqqətlə nəzərdən keçirə bilməyən qüvvələrin hücumunun qarşısını almaqda olduqca təsirli idilər (bunların digər bir faydası bu idi ki, qüvvələr bu tikanlara basmasalar da, yerə basdırılan tikanları axtarır, onlara diqqət edir, bu isə onların ləngidir və yorurdu).

Bu tikanlar, həmçinin Çində Böyük Çin sülaləsi (1115-1234) tərəfindən Jongdu döyüşündə Çingiz xanın ordusunun irəliləməsini yavaşlatmaq üçün istifadə edilib. Janna d'Ark Orlean mühasirəsində bu tikanlardan birinə basaraq yaralanmışdı; Yaponiyada bunlar “tetsu-bişu” kimi tanınır və on dördüncü əsrdən etibarən nindzalar tərəfindən istifadə olunurdu. Dəmir tikanlar hələ də bəzi müasir münaqişələrdə istifadə olunur.

Şərqi Asiya

Doqquzuncu əsrdən başlayaraq Çinlilər partlayıcı kükürd, kömür və kalium nitrat qarışığı olan barıtla nəticələnən yüzillik təcrübələrə başladı. Barıt ilk dəfə on üçüncü əsrdə döyüşdə istifadə edilib. Çox az təsiri olmasına baxmayaraq, Lou Qianxiaya aid edilən “böyük bomba” 1277-ci ildə Çinlilər tərəfindən Jongdu Döyüşündə istifadə edildi. Barıt hiqroskopik olduğundan, suyu atmosferdən asanlıqla qəbul edir və nəm olduqda artıq partlayıcı olmadığı üçün minalarda istifadə etmək çətin idi.

14-cü əsrdə Minq sülaləsi dövründə yazılan “Huolongjing” hərbi traktatında barıtla doldurulmuş içi boş çuqun top mərmiləri təsvir edilir. Mina qüsurlu əlaqə olması halında üç fərqli fitil daşıyan sərt ağacdan hazırlanırdı. Bu fitillər uzun və əllə yandırıldığından düşmən hərəkətlərinin diqqətlə vaxtında hesablanmasını tələb edirdilər.

Huolongjing düşmənin hərəkəti ilə partlayan minaları da təsvir edir. Doqquz ayaq uzunluğunda bambuk inək dərisinə bükülüb yağ ilə örtülərək su izolyasiyasına məruz qaldı. Sıxılmış barıt qurğuşun və ya dəmir qranullarla doldurulur, mumla möhürlənir və səngərdə gizlədilirdi. Tətikləmə mexanizmi 17-ci əsrin əvvəllərinə qədər tam təsvir olunmayıb. Düşmən gizli lövhələrə basdığı zaman sancağı hərəkət etdirirdilər və ağırlığın düşməsinə səbəb olurdular. Ağırlığa bərkidilmiş şnur iki polad çarxa bərkidilmiş barabana bağlanılırdı; çəki düşəndə barabanlar hərəkət edərək qığılcımlar yaradırdı və minanın partlaması üçün lazım olan atəş əmələ gətirirdi. Bənzər mexanizm 1500-cü illərdə Leonardo da Vinci tərəfindən eskiz kimi çəkilən Avropadakı ilk çarxlı muşketdə istifadə edilib.

Qurban tərəfindən işə salınan digər qurğular torpağın üzərinə yerləşdirilən alebarda (kəsici və deşici soyuq silah növü, 14-18 əsrlərdə bir sıra Avropa ölkələrinin piyada qoşun larında istifadə olunurdu), nizə və çəngəl formasında olan dəmirlər idi. Bu silahlardan birini tərpədəndə altdakı lövhə hərəkət edirdi və üzdəki yanan maddəsi fitilləri alovlandırırdı.

Yuxarıda göstərilən qurğular üçün qoruyucu mexanizmlər etibarsız idi. Avropalılar Çinə gəldikdə minalar böyük ölçüdə yaddan çıxdı.

Avropa və Amerika Birləşmiş Ştatları

Çinlilər ilk təzyiq nəticəsində işləyən mina icad etdikdən üç əsr sonra 1573-cü ildə Auqsburqda Samuel Zimmermann adlı alman hərbi mühəndisi “Fladdermine” (uçan mina) adlı qurğu icad etdi. Bu qurğu torpağın altına basdırılan bir neçə kilo qara tozdan ibarət idi və üstünə basaraq və ya üzərinə basmaqla və ya çaxmağı aktivləşdirən məftilin hərəkət etdirilməsi ilə işə salınırdı. Bu cür mina qala qarşısında yamacda yerləşdirilirdi. Bunlar Fransa-Prussiya müharibəsi zamanı istifadə edilmişdi, lakin çox təsirli deyildilər, çünki çaxmaq tez-tez nəzarət edilməkdikdə uzun müddət işləmirdi.

Başqa bir cihaz isə fuqas adlanırdı, bunlar qurban tərəfindən aktivləşdirilmirdi və kütləvi istehsalı olmayıb. Müasir qəlpəli və “Claymore” adlanan minaların sələfləri hesab olunurlar. Bunlar daşlar və qırıntılar (daşlı fuqas), ya da iri qara barıtlı əl bombalarına bənzəyən minaatan qəlpələri ilə (qəlpəli fuqas) örtülmüş, dibində barıt olan konus şəklində çuxurdan ibarət olur. Üzərində olan 3 məftilə birləşdirilmiş çaxmaq kilidi ilə işə salınırdı. Bəzən ağır itkilərə səbəb ola bilərdi, lakin qara barıt nəmə həssas olması səbəbindən ciddi nəzarət tələb edir. Nəticə etibarilə, bu fuqaslar əsasən XVIII əsrin bir sıra Avropa müharibələrində və Amerika İnqilabında istifadə etdiyi əsas istehkamların müdafiəsində istifadə olunurdu.

İlk minaların ən böyük məhdudiyyətlərindən biri keyfiyyətsiz fitillər və onların nəmə həssas olması idi. Vəziyyət təhlükəsizlik fitilinin icadı ilə dəyişdi. Komanda (əmr) ilə işə salma fitilin yanıb bitməsini bir neçə dəqiqə gözləmək əvəzinə dərhal partlatma qabiliyyəti elektrikin inkişafından sonra mümkün oldu. Bir məftillə ötürülən elektrik cərəyanı yükü qığılcımla minanı alovlandıra bilər. Ruslar bu texnologiyanın 1828-1829-cu illərdə baş verən Rus-Türk müharibəsində ilk dəfə tətbiq olunduğunu iddia edir. Lakin fuqaslar 1960-cı illərdə “Claymore”la əvəzlənənə qədər faydalı hesab olunurdu.

Qurban tərəfindən işə salınan minalar da etibarsız idi, çünki partlayıcını alovlandırmaq üçün çaxmağı aktivləşdirmək lazım idi. XIX əsrin əvvəllərində hazırlanmış tətik onları daha etibarlı hala gətirdi və təzyiqlə işləyən minalar Krım müharibəsində (1853-1856) quruda və dənizə yerləşdirildi.

Amerika Vətəndaş Müharibəsi dövründə Konfederasiyanın briqada generalı Qabriyel Reyns 1862-ci ildə Yorktaun döyüşü ilə tətikləri olan top qəlpələrindən ibarət minlərlə “torpedo” yerləşdirdi. Bir kapitan olaraq Reyns əvvəllər 1840-cı ildə Floridadakı Seminole müharibələri zamanı partlayıcı bubi tələləri işlədirdi. Müharibə dövründə minalar yalnız bir neçə yüz itkiyə səbəb oldu, ancaq mənəvi vəziyyətə böyük təsir göstərdi və Birlik qoşunlarının irəliləməsini ləngitdi. Hər iki tərəfdən də çoxları mina istifadəsini vəhşilik hesab edirdi və buna cavab olaraq Birlik Ordusundakı generallar Konfederasiya məhbuslarını minaları təmizləməyə məcbur edirdi.

Yüksək partlayıcı maddələr

XIX əsrdən başlayaraq Alp və Qayalı dağlarında qatar tünellərinin partladılması kimi qeyri-hərbi səbəblərə görə barıtdan daha güclü partlayıcılar hazırlandı. Barıtdan dörd qat daha güclü olan nitrosellüloz 1846-cı ildə Kristian Şonbeyn tərəfindən icad edilib. Frederik Auqustus Abelin 1865-ci ildə etibarlı metod hazırlamasına qədər bu maddə təhlükəli idi. 1870-ci illərdən Birinci Dünya Müharibəsinə qədər bu, Britaniya hərbçiləri tərəfindən istifadə edilən standart partlayıcı maddə idi.

1847-ci ildə Askanio Sobrero stenokardiya adlı ürək xəstəliyini müalicə etmək üçün nitroqliserini icad etdi və bunun nitrosellülozdan daha güclü partlayıcı olduğu ortaya çıxdı. Alfred Nobel onu dinamit adlı qatı qarışığa qatmağın yolunu tapana və etibarlı detonator hazırlayana qədər istifadə etmək çox təhlükəli idi. O zaman da dinamitin ehtiyatla saxlanılması lazım idi, bu, asanlıqla partlayan kristallar meydana gətirə bilər. Buna görə, nitrosellüloz hərbçilər tərəfindən hələ də üstünlük verilən maddədir.

1863-cü ildə Alman kimya sənayesi trinitrotoluol (TNT) inkişaf etdirdi. Bunun üstünlüyü o idi ki, partlatmaq çətindi, buna görə artilleriya atəşlərinin zərbəsinə davam gətirə bilirdi. Minaları üçün də bu, bir neçə səbəbdən faydalıdır: yaxınlığına düşən artilleriya mərmilərinin şoku ilə partlamır, yüngüldür və nəmdən təsirlənmir, geniş şərtlər daxilində istifadə edilir, istənilən formalı qaba doldurmaq üçün əridilə bilərdi və hazırlanması ucuz idi. Beləliklə, Birinci Dünya müharibəsindən sonra minalarda istifadə edilən əsas standart partlayıcı maddə oldu.

(Ardı var...)
Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Mina   Tarix  

Tarixin ən qəddar ixtiralarından biri - MİNA (II YAZI)

2021/04/76876-4853895030.jpg
Oxunub: 6063     16:55     09 Aprel 2021    