“Bubi tələsi” və Mina nədir?

2021/04/1122-4852872504.jpg
Oxunub: 11481     16:13     05 Aprel 2021    
2005-ci ildən etibarən aprelin 4-ü bütün dünyada Beynəlxalq Mina Anlayışı və Mina Fəaliyyətlərinə Dəstək Günü kimi qeyd olunur.

Minalardan istifadə mülki və hərbi şəxslər arasında fərq yarada bilmədiyi üçün onun müharibədə istifadəsi mübahisəlidir. Onlar münaqişənin bitməsindən illər sonra da dinc insanlara və iqtisadiyyata zərər verərək təhlükəli vəziyyət yaradır. Bu gün dünyanın 78 ölkəsi minalarla çirklənib və hər il 15.000.000 insan bu partlayıcı qurğuların partlaması nəticəsində ölür və saysız-hesabsız insan şikəst olur. Mina qurbanlarının 80%-i mülki şəxslərdir, ən çox təsirlənən yaş qrupu isə uşaqlardır.

Partlayışların əksəriyyəti sülh dövründə baş verir. Beynəlxalq Minaların Qadağan Edilməsi Kampaniyası vasitəsilə təşkil olunan bir sıra təşviqat qruplarının təzyiqi ilə 1997-ci ildə Piyada əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və köçürülməsinin qadağan edilməsinə dair konvensiya imzalanıb. Ottava müqaviləsi adlanan razılaşmaya bu günə qədər 164 dövlət qoşulub, lakin Çin, Rusiya, ABŞ kimi böyük dövlətlər hələ də bu müqaviləyə qoşulmayıb

Mina torpağın altında gizlədilən və piyadalar, nəqliyyat vasitələri və tanklar üzərindən keçdiyi zaman partlayaraq onları öldürmək, sıradan çıxarmaq və ya məhv etmək üçün hazırlanmış partlayıcı qurğudur. Hədəf qurğunun üzərindən keçərkən tipik olaraq təzyiq səbəbindən avtomatik partlayır, bəzən digər partlama üsullarından da istifadə edilir. Hədəflər minanın birbaşa partlamasından, partlayış nəticəsində ətrafa saçılan qəlpələrdən və ya hər ikisindən zərər görə bilərlər.

Ottava müqaviləsi və Mina, “Bubi tələsi” (booby trap) və Digər Cihazlara dair Protokolda mina “torpağın, ya digər səth sahəsinin altına, ya da yaxınlığına yerləşdirilən, bir şəxsin və ya nəqliyyat vasitəsinin varlığı, yaxınlığı və ya təması ilə partlayan sursat” olaraq təyin edilib. Konvensiyada qeyd olunduğu kimi minalara bənzəyən “Bubi tələsi” öldürmək və ya xəsarət yetirmək üçün dizayn edilmiş, qurulmuş və ya uyğunlaşdırılmış, bir şəxsin təhlükəsiz və zərərsiz görünən vasitəyə yaxınlaşdıqda və ya təmas etdikdə gözlənilmədən partlayan hər hansı bir cihaz və ya materialdır.

Bu cür qurğular qapının açılması və ya obyektin ələ götürülməsi zamanı partlayır. Normalda minalar kütləvi şəkildə istehsal olunur və qrup halında yerləşdirilir, bubi tələləri isə tək-tək hazırlanır və yerləşdirilir. Ayrıca, bubi tələləri, punji kimi partlayıcı olmayan cihazlar ola bilər. Hər iki vasitə kustar üsullarla hazırlanan partlayıcı qurğu (IED - improvised explosive device) hesab olunur. Belə parlayıcı qurğular dağıdıcı, öldürücü, zərərli, yandırıcı, pirotexniki materiallar və ya məhv etmək, sıradan çıxarmaq, diqqəti yayındırmaq və ya narahat etmək üçün hazırlanmış kimyəvi maddələr də daxil olmaqla kustar üsullarla hazırlanan və ya yerləşdirilən partlayıcı qurğulardır.

Bunlar hərbi mağazalarda ola bilər, lakin normal olaraq hərbi olmayan komponentlərdən hazırlanırlar. Bəzi partlayıcılar mina və ya bubi tələlərinin şərtlərinə cavab verir və əldəqayırma və ya yerli istehsal mina olaraq da adlandırılır. Digər IED növləri uzaqdan aktivləşdirilir, mina hesab edilmir.

Növbəti yazıda minaların tarixi barədə məlumat verəcəyik.

(Ardı var…)
Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

“Bubi tələsi” və Mina nədir?

2021/04/1122-4852872504.jpg
Oxunub: 11482     16:13     05 Aprel 2021    

Bizi "telegram"da izləyin