ABŞ Ordusu MUTT robotlarının sınaqlarına başlayır

2021/04/56756-1617862514.jpg
Oxunub: 844     13:14     10 Aprel 2021    
ABŞ Ordusu MUTT (Multi-Utility Tactical Transport) robotlarının son sınaqlarını həyata keçirəcək.

Ordu.az “Janes” nəşrinə istinadən xəbər verir ki, sınaqların apreldə keçirilməsi planlaşdırılır.

ABŞ Ordusunun planlarına görə, son sınaqlardan sonra bu ilin sentyabr ayında kiçik miqyaslı robotların istehsalına başlanacaq və ilin sonuna qədər istifadəyə veriləcək.

MUTT “General Dynamics Land Systems” şirkəti tərəfindən ABŞ Ordusuna malların daşınması üçün hazırlanan robotdur. Robot 4 × 4, 6 × 6 və 8 × 8 təkər konfiqurasiyaları ilə üç versiyada hazırlanıb.

Şirkətdən verilən məlumata görə, MUTT 454 kq-a qədər yük daşımaq, 72 saat işləmək və 100 kilometrə qədər məsafə qət etmək gücündədir.

Robot bir operator tərəfindən idarə oluna bilər, eyni zamanda tamamilə avtomatik rejim və əsgərləri izləmə rejimi də var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ  

ABŞ Ordusu MUTT robotlarının sınaqlarına başlayır

2021/04/56756-1617862514.jpg
Oxunub: 845     13:14     10 Aprel 2021    