“İsgəndər”lərlə bağlı qalmaqal böyüyür: Rusiya raketin satışı qadağan edilən versiyasını niyə Ermənistana ötürüb? (DETALLAR)

2021/03/6677-1617190820.jpg
Oxunub: 27808     15:41     31 Mart 2021    
“İsgəndər” raketləri ətrafında səs-küy, iddialar toplusu və reallıq 2020-ci ilin Qarabağ müharibəsi dövründə Ermənistan tərəfindən “İsgəndər” ballistik raket sistemindən istifadə ehtimalı geniş müzakirə edilirdi. Müharibə qarışıqlığı dövründə sosial şəbəkələr, hətta bu mövzuda sorğular da aparırdılar. Müharibədən sonra keçmiş və indiki erməni siyasi və hərbi rəsmiləri tərəfindən müharibə zamanı “İsgəndər”in istifadəsi və onun effektivliyi barədə geniş müzakirələr başlanmışdı. Bu müzakirələrin kulminasiya nöqtəsi Ermənistan Baş naziri Nikol Paşinyanın 23 fevral tarixində atəş açılan “İsgəndər”in partlamadığını və ya 10% partladığını açıqlaması olub. Bu məqalədə son aylarda bu silahla bağlı ictimai-siyasi müzakirələrə bütün təfərrüatları ilə toxunulur.

“İsgəndər”lərin əldə edilməsi

Ermənistanda “İsgəndər”in əldə edilməsi barədə ilk məlumat ilk dəfə 2013-cü ilin iyun ayında, Ermənistan Müdafiə Nazirliyindəki anonim mənbələrin bir neçə “İsgəndər” kompleksinin Ermənistanda olduğunu təsdiqlədikdə məlum olub. Rusiya hərbi mənbələri isə 2015-ci ildə danışıqların hələ də davam etdiyini, “İsgəndər”lərin 2016-cı ildə Ermənistana çatdırılacağını bildirib. Artıq 2016-cı ilin sentyabrında Ermənistanın müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş hərbi paradın hazırlığı zamanı ilk dəfə İrəvan küçələrində “İsgəndər” kompleksləri görünüb. 21 sentyabrda İrəvanın Respublika Meydanında keçirilən hərbi paradda “İsgəndər” kompleksləri böyük təmtəraqla təqdim olunub.

O zaman Rusiya hərbi mənbələri, Rusiyanın Ermənistana dörd kompleksdən ibarət bir “İsgəndər” divizionu verdiyini bildirib. Hələ 2015-ci ildə Emənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyan Rusiyanın verdiyi 200 milyon dollar kreditlə uzun mənzilli silahların alınacağını da bildirib. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIRPI) məlumat bazasına görə, Ermənistan 2013-cü ildə Rusiyadan “İsgəndər” raket sistemlərini sifariş verib, Rusiya isə bu kompleksi 2016-cı ildə Ermənistana tədarük edib. Ümumilikdə, SIPRI-yə görə, Ermənistan dörd “İsgəndər” kompleksi və 25 raket əldə edib. Ermənistanın arsenalındakı hədəfi 280 km-ə qədər məsafədə vurma qabiliyyətinə sahib olan “İsgəndər-E” versiyasıdır.

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan “İsgəndər”in artıq Ermənistanda olduğu təsdiqləndikdən sonra “İsgəndər” kompleksinin bölgədəki hərbi vəziyyəti bir şəkildə tarazlaşdırmaq üçün məcburi bir vasitə olduğunu bildirib.

“Mənim fikrimcə, bu vəziyyətdə “İsgəndər” anti-zəhərdir”, - deyə Sarkisyan bildirib.

O vaxtdan etibarən “İsgəndər” erməni siyasi diskursunda guya Azərbaycanı cilovlayan bir vasitə kimi təqdim olunurdu. Məsələn, 2018-ci ildə Ermənistan Müdafiə Nazirliyinin “Zinuj” (Silahlı Qüvvələr) proqramı “İsgəndər” və “Skad” komplekslərini “Azərbaycanı cilovlayan super güclü silahlar” kimi təqdim edib.

Vətən Müharibəsində Ermənistanın “İsgəndər”lərdən istifadə etməsi

2020-ci il müharibəsinin son günü, 9 noyabr tarixində, sosial şəbəkələrdə Ermənistan tərəfinin “İsgəndər” raketlərinin atılmasını əks etdirən bir video ortaya çıxdı. Videonu araşdıran “fakt yoxlama platforması” videoda həqiqətən “İsgəndər” raketlərinin atılmasını təsvir olunduğunu müəyyən edib.

Bu ilin mart ayının əvvəlində “Middle East Eye” nəşri adı açıqlanmayan yüksək səviyyəli bir Azərbaycan rəsmisinə istinadən məlumat yaydı ki, Ermənistan Qarabağ müharibəsi zamanı “İsgəndər” Operativ-Taktiki Raket Kompleksindən Azərbaycanın paytaxtı istiqamətində ən azı bir ballistik raket atıb.

Bildirilirdi ki, bu, noyabrda, altı həftə davam edən şiddətli döyüşlərdən sonra baş verib. Rusiya Ermənistanı “İsgəndər”dən istifadə etməyə çağırıb və sürətlə əraziləri ələ keçirmiş Azərbaycanı atəşkəs rejiminə razılıq verməyə məcbur etmək üçün fiziki cəhətdən raketin atılmasına dəstək verib.

“İrəvan dərhal, atəşkəsdən bir neçə gün əvvəl Bakı istiqamətində “İsgəndər” ballistik raketi atıb. Atılmış raket Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasına cəlb edilmiş İsrail istehsalı “Barak-8” HHM sistemi tərəfindən vurulub”, - deyə mənbə qeyd edib.

Müharibədən sonrakı açıqlamalar

Müharibə bitdikdən bir neçə gün sonra, 19 noyabr tarixli mətbuat konfransında, müharibə zamanı Emənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin rəhbəri olan general-polkovnik Movses Hakobyan “İsgəndər”in istifadəsi ilə bağlı sualı cavablandırarkən deyib: “Atəş etdiyini bilirəm, amma haraya atəş açdığını deməyəcəm”.

Daha sonra, 17 fevral tarixində keçmiş prezident Serj Sarkisyan “İsgəndər”in müharibənin son dövründə Şuşa istiqamətində istifadə edildiyi barədə etibarlı məlumatlara sahib olduğunu iddia edərək “İsgəndər”in istifadə edildiyini açıqlayıb. Sarkisyan, həmçinin “İsgəndər”in müharibənin dördüncü və ya beşinci günlərində, Azərbaycanın Horadizdə və digər yerlərdə çox sayda canlı qüvvə, hərbi texnika yığdığı dövrdə istifadə edilməli olduğunu bildirib: “İsgəndər məhz bunun üçündür”.

Paşinyanın bəyanatı və Ermənistandakı əks-sədası

“İsgəndər”lə bağlı açıqlamalar arasında ən mübahisəli, ən çox müzakirə olunan Paşinyanın 23 fevral tarixli müsahibəsi zamanı verdiyi açıqlama oldu. Paşinyan Serj Sarkisyanın tənqidlərinə cavab olaraq bildirib: “Rədd edilmiş şəxs (Serj Sarkisyan - red.) bir çox sualların cavablarını bilməlidir, cavablarını bildiyi suallar verməməlidir. Bəlkə cavab verərlər ki, atılan “İsgəndər” niyə partlamayıb və ya məsələn 10 % partlayıb”.

Paşinyanın bəyanatı Ermənistan Müdafiə Nazirliyi tərəfindən şərh edilmədi. Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Andranik Köçəryan isə belə deyib: “Ən azı son 15 ildə əldə etdiyimiz silahlarımızın düzgün olub-olmaması, işləməyib-işləməməsi məni də maraqlandırır. Cənab Paşinyanın şübhələrinin doğru ola biləcəyi halda vəziyyəti təsəvvür edirsinizmi?”.

“İsgəndər”in onun dövründə alındığı keçmiş Müdafiə naziri Seyran Ohanyan Paşinyana cavab verib.

O qeyd edib ki, “İsgəndər” qəbul edildikdə, ikitərəfli yüksək səviyyəli şəkildə təhvil verilib və “İsgəndər”də heç bir problem olmamalıdır. Müharibə zamanı “İsgəndər”in istifadəsinə gəlincə, Ohanyan qeyd edib: “Mənim məlumatlarım, hər bir vətəndaş kimi, sosial şəbəkələrdəndir. Məndə bu məlumat yoxdur”. 2017-18-ci illərdə Müdafiə nazirinin müavini vəzifəsini icra edən Artak Zakaryan, Paşinyana cavab verib. O, qeyd edib ki, “İsgəndər” zədələnə bilməzdi.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Movses Hakobyan Paşinyanın açıqlamasına belə cavab verib: “Texniki cəhətdən mümkündür (“İsgəndər”in 10% partlaması, - red.) Məni çox maraqlandırır, 10% partladığını necə hesabladılar, ümumiyyətlə hesablayıblar. Çünki, bunu yalnız kim vurulsa, o hesablaya bilər. Əminəm ki, “İsgəndər”in atışının cəmi 10%-nin partladığını bildirən adam vurulmayıb, o da orada olmayıb”. Hakobyan “İsgəndər”in səmərəli olduğuna, yalnız Azərbaycanın Paşinyana bu silahın 10% səmərəliliyi barədə məlumat verə biləcəyinə əmin olduğunu bildirib.

Rusiya ermənisi olan jurnalist, “İzvestiya” qəzetinin İdarə Heyətinin sədri Aram Qabrielyanov da öz növbəsində müharibə zamanı Baş Qərargah rəisi vəzifəsində çalışmış Onik Qasparyanla “İsgəndər”in istifadəsinə dair müsahibəsindən parçalar təqdim edib. Qabrielyanovun dediyinə görə, Qasparyan ona müharibənin üçüncü günü “İsgəndər” raketini iki strateji obyektə qarşı, yəni Bakı-Ceyhan neft kəməri və digərində istifadə edilməsinə qərar verdiyini, Paşinyanın qəti şəkildə qadağan etdiyini bildirib.

“Mənə yalnız bir dəfə “İsgəndər”dən Şuşa şəhəri istiqamətinə istifadə olunmasına icazə verildi. Mən, bunu tətbiq etdim. Bundan istifadə edib şəhərə bir neçə tank soxa bildik. İki gün sonra mənə Şuşanı tərk edib geri çəkilmək əmri verildi”, - deyə Qabrielyanov Onik Qasparyandan sitat gətirərək yazıb.

Fevralın 24-də “Yerevan Today” xəbər saytı Baş Qərargah rəisinin birinci müavini general Tiran Xaçatryanın Paşinyanın açıqlamasına cavabını yayımlamışdı. Saytın məlumatına görə, sualı dinlədikdən sonra Xaçatryan uzun müddət gülüb, sonra cavab verib:

“Əlbətdə ki, mümkün deyil, necə? “İsgəndər?” ... Bir atış ... 10%? ... Bağışlayın, bu ciddi deyil (gülür), belə şeylər demək, nəticə çıxarmaq olmaz. Bu silahla bağlı telefonla heç sual vermək olmaz, səthi qiymətləndirmələrlə nəticə çıxarmaq ciddi deyil. Kimin nə dediyini bilmirəm, amma bu mümkün deyil (yenidən gülür)”.

Ermənistan Müdafiə Nazirliyi jurnalistin açıq şəkildə məqaləni tam təqdim etmədiyini, əslində telefon danışığının məzmununun təhrif olunduğunu, oxucular arasında anlaşılmazlığa səbəb olduğunu iddia edən bir məlumat yayaraq, bu hərəkətin informasiya təxribatı kimi qiymətləndirilə biləcəyini qeyd edib. Bu açıqlamaya baxmayaraq, Tiran Xaçatryan həmin gün vəzifəsindən azad edilib. Yeri gəlmişkən, Tiran Xaçatryana müharibə zamanı Paşinyan tərəfindən “Ermənistanın Milli Qəhrəmanı” adı verilmişdi.

Rusiyanın reaksiyası və Paşinyan geri addım atması

Paşinyanın “İsgəndər”in zədələnməsi barədə açıqlaması Rusiyada tənqid olundu. Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Viktor Zavarzin Paşinyanın açıqlamasını “tamamilə mütləq yalan” kimi qiymətləndirdi. Rusiya Müdafiə Nazirliyi fevralın 25-də Paşinyanın “İsgəndər”in müharibə zamanı istifadə edildiyi iddiasını təkzib edən bir açıqlama yaydı.

“Göründüyü kimi, Ermənistan Baş Naziri cənab Nikol Paşinyana raket barədə doğru məlumat verilməyib, nəticədə səhv məlumatlardan istifadə edib”, - deyə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilir. Açıqlamada “İsgəndər” raket sisteminin dəfələrlə sınaqdan keçirildiyi və Suriyadakı terror qruplaşmalarına qarşı əməliyyatlarda uğurla istifadə edildiyi bildirilərək qeyd edilib ki, Rusiya istehsalı olan “İsgəndər” dünyada sinifinin ən yaxşısıdır.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasından sonra Paşinyan əvvəlki açıqlamasından bir addım geri addım atıb. Martın 1-də Paşinyanın mətbuat katibi Mane Qevorkyan Paşinyan və Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı apardığını və digər məsələlərlə yanaşı, Paşinyanın Ermənistan tərəfindən “İsgəndər” sistemindən istifadəsinə dair açıqlamasını müzakirə etdiklərini bildirib.

“Mövcud faktların və məlumatların birləşdirilməsi nəticəsində Ermənistanın Baş naziri bu vəziyyət barədə lazımi səviyyədə məlumatlandırılmadığı qənaətinə gəlib”, - deyə verilən açıqlamada bildirildi. Putinin mətbuat katibi Dmitri Peskov bu münasibətlə məmnun olduğunu bildirib.

Bütün bunlardan sonra Movses Hakobyan yenidən “İsgəndər”in müharibə zamanı atəş açdığını iddia etdi.

“Rusiya tərəfinin niyə belə bir açıqlama verdiyini bilmirəm, şərh verə bilmərəm. Qarşınızda yoxlanılmamış məlumatlar açıqayacaq adi bir əsgər dayanmayıb”, - deyə Hakobyan bildirib.

Martın 3-də Ermənistan parlamentində hökumətlə sual-cavab iclasında “Parlaq Ermənistan” fraksiyasının üzvü Arkadi Xaçatryan Paşinyandan “İsgəndər”in müharibə zamanı istifadə edilib-edilməməsini soruşub. Baş nazirin müavini Tiqran Avinyan sualı cavablandıraraq “İsgəndər”lə bağlı məsələyə bütün açıqlamaların verildiyini, əlavə edəcək bir şeyin olmadığını qeyd edib.

Lakin bu gün Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) nümayəndəsi Caliber.az-a müsahibəsində bildirib ki, 2020-ci ilin dekabrından bəri işğaldan azad edilmiş Şuşa şəhərində Minaların Təmizlənməsi Agentliyi mina təmizlənməsi və döyüş sursatlarının zərərsizləşdirilməsi işlərini davam etdirir və 15 mart 2021-ci il tarixində şəhərdə agentlik əməkdaşları tərəfindən aparılan təmizləmə əməliyyatı zamanı iki partlamış raketin parçaları tapılıb.

Raket parçalarının coğrafi koordinatları belədir: 39 ° 45'38.10 “N 46 ° 44'33.90” E və 39 ° 45'27.80 “N 46 ° 45'25.80”E. Agentliyin mütəxəssisləri tərəfindən raketin identifikasiya nömrəsini (9M723) araşdırarkən onun qalıqlarının “İskəndər” raket sisteminə aid olduğu aşkar edilib.

Hətta açıq internet mənbələrində axtarış apararkən belə 9M723 eyniləşdirmə nömrəsinin “İskəndər” raketinə aid olduğunu müəyyən etmək mümkündür. Ermənistana ötürülmüş versiyanın isə “E” olduğu bildirilirdi. Burada kifayət qədər ciddi açıq sual yaranır: Rusiya raketin satışı qadağan edilən versiyasını niyə Ermənistana ötürüb və müharibə zamanı tətbiq edilməsinə şərait yaradıb?

Rusiyanın videosu - Suriyadakı xəstəxananı hədəf aldığına dair dəlil

Rusiya Müdafiə Nazirliyi isə Paşinyanın açıqlamasına cavab olaraq, “İsgəndər”in effektivliyinə dair dəlillər də təqdim etmişdi. Dəlil olaraq yayımlanan videoda “İsgəndər”in Suriyadakı hədəfi necə dəqiq vurduğu görülür. Videoda təsvir olunan binanın yerini müəyyənləşdirən Suriya ilə əlaqəli araşdırmaçı jurnalistlər Suriyanın şimalında yerləşən Azaz şəhərindəki xəstəxananın necə zərər gördüyünü qeyd edirlər.

Rusiya Müdafiə Nazirliyi videonun nə vaxt çəkildiyini qeyd etməyib, lakin videoda böyük ehtimalla Azaz Xəstəxanasına 2016-cı ilin fevral ayında vurulan zərbə göstərilir. Beləliklə, “İsgəndər”in effektivliyini göstərmək üçün Rusiya silahlı qüvvələri tərəfindən, Rusiyanın əvvəllər inkar etdiyi xəstəxananın hədəf alınması səhvən yayımlanıb.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ermənistan   Böhran   Paşinyan  

“İsgəndər”lərlə bağlı qalmaqal böyüyür: Rusiya raketin satışı qadağan edilən versiyasını niyə Ermənistana ötürüb? (DETALLAR)

2021/03/6677-1617190820.jpg
Oxunub: 27809     15:41     31 Mart 2021    