Mövcud su ehtiyatları və yeni reallıq: Ermənistanın içməli və suvarma su ehtiyatlarının 80%-dən çoxu nəzarətimiz altındadır

2020/10/771fe-1602167792.jpg
Oxunub: 12230     10:24     19 Mart 2021    
Vətən Müharibəsindəki qələbəmizdən öncə Ermənistan Tərtər çay, Xaçınçay, Köndələnçay, Bazarçay, Həkəri, Bəsitçay, Qarqarçay, Çaylaqçay, Oxçuçay vasitəsilə Azərbaycan ərazisinə zəhərli maddələr axıdırdı. Mənbəyini Zəngəzur dağlarından götürən Oxçuçay Ermənistan ərazisindən keçdiyi ücün Qacaran, Qafan mis mədənlərinin zəhərli tullantıları təmizlənmədən bu çaya axıdılırdı. Hazırda Oxçuçayın hövzəsi demək olar ki, həddindən çox zəhərləndiyi ücün “ölü” zonaya çevrilib. Demək olar ki, ermənilər heç nəyə məhəl qoymadan bütün çaylar kimi, Kür və Araz çaylarını da zəhərləməkdə davam edirlər.

Ermənilər işğal zamanı Tərtər əhalisinin aprel ayından dekabr ayına kimi suya tələbatı çox olduğu vaxtlarda anbarın suyunu əhalinin üzünə bağlayır və qışda yağıntıların çox olduğu və suya tələbatın bir o qədər çox olmadığı bir vaxtda anbarın suyunu açırdılar. Payız və qış aylarında Sərsəng su anbarının suyunun açılması isə Tərtərin torpaq sahələrini yuyur və bərpası mümkün olmayan ziyanlar verirdi.

Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında ölkəmizin mineral sularının ümumi geoloji ehtiyatlarının 39,6%-ni təşkil edən müxtəlif tərkibli mineral su bulaqları var idi.

Lakin düşmən yuxarıda qeyd olunanlarla kifayətlənmək niyyətində deyildi. Hələ keçən ilin sentyabr ayında məlum dolu ki, Ermənistan Doveğ (Balakənd) kəndindən Azərbaycana axan çayın suyunu kəsmək istəyir. Məlumatları Ermənistan parlamentinin deputatı Sipan Paşinyan öz “Facebook” səhifəsində də təsdiqləyirdi. O bildirirdi ki, çay artıq Azərbaycana axmayacaq: “Doveğ kəndinin ortası ilə Azərbaycana axan, uzun illər erməni kəndlilərin istifadə edə bilmədiyi çaydan onlar artıq istifadə edə biləcəklər, hətta öz həyətyanı ərazilərini tamamilə becərəcəklər. İşlər hələ davam edir, son ştrixlər qalır. Tezliklə başa çatdıracağıq, Azərbaycana su axmayacaq”.

Doveğ (Balakənd) kəndi Azərbaycanın Qazax rayonunun Kəmərli kəndi ilə sərhəddir, Ermənistanın Tavuş vilayətində, vilayət mərkəzindən 50 km şimal-qərbdə, keçmiş Noyemberyan rayonunda yerləşir. Ermənilərin məcrasını dəyişmək istədikləri çay isə Doveğ (Balakənd) kəndindən şimalda yerləşir, Berdavan kəndi yaxınlığından axır. Sözügedən çay Kəmərli kəndində yerləşən su anbarına tökülür.

Sentyabrın 27-dən başlayan Vətən Müharibəsi dövründə də Azərbaycan ordusunun uğurlu əməliyyatları qarşısında aciz qalan Ermənistan Azərbaycanın su hövzələrinə bir sıra hücumlar həyata keçirdi. Oktyabrın 11-də Ermənistan ordusu Mingəçevir su anbarına doğru raket atıldı. 21 oktyabrda isə Qəbələ şəhərinə “Skad” ballistik raketləri ilə hücum etməklə Oğuz-Qəbələ-Bakı su kəmərini vurmağa çalışdılar.

Lakin Azərbaycan ordusunun uğurlu əməliyyatları nəticəsində vəziyyət tamamilə dəyişdi. Ordumuzun qələbə qazanmasından sonra bölgədəki irili-xırdalı 30 su elektrik stansiyası Azərbaycanın nəzarəti altına keçdi.

Prezident İlham Əliyev keçən ilin oktyabr ayının 15-də NTV kanalına verdiyi müsahibədə də su terroru məsələsinə toxundu: “Ermənistan bizə qarşı eyni zamanda su terroru təşkil edib. Bizim 100 min hektardan çox torpağımızda su yox idi. Biz artezian quyuları qazmalı idik. İndi isə Suqovuşan qəsəbəsində yerləşən su anbarı bizim nəzarətimizə keçəndən sonra artıq böyük bir əraziyə su verilir”.

Noyabrın sonlarında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işğaldan azad olunan Kəlbəcərin çayları və göllərinin yenidən qiymətləndiriləcəyi barədə açıqlaması isə dəyişən vəziyyət fonunda Ermənistanda narahatlıqları artırdı. Fevralın 1-də Ermənistan Ətraf Mühit Nazirliyi məlumat yaydı ki, məhz bu gündən yeni təkanla Göyçə gölünün indiyə qədər inventarlaşdırılmış problemlərinin həllinə yönəlmiş proseslər başlayır. Müharibədən sorakı vəziyyət düşməni artıq tamamilə fərqli baxımdan Göyçə gölünün taleyindən narahat olmağa məcbur edirdi. Ümumi təsvirdə Arpaçay və Bazarçay problemi qəbul edilirdi. Çünki müharibə nəticəsində Göyçə gölünü qidalandıran iki əsas çay - Arpaçay və Bazarçay sutoplama hövzələri Azərbaycanın nəzarəti altına keçib. Ermənistanın içməli və suvarma su ehtiyatlarının demək olar 80 faizindən çoxunun isə Kəlbəcər su toplama hövzəsindən başlanğıcını aldığı məlumdur.

Beləliklə, Ermənistanın su ehtiyyatları məsələsi, 2020-ci ilin noyabrından etibarən aktiv müzakirə mövzusuna çevrilib. Bu yazıda mövcud vəziyyətdə Ermənistanın su ehtiyatları məsələsinə toxunacağıq.

Ermənistanın suvarma sisteminin böyük hissəsi torpaq xəndəklərindən keçir. Suyun çox hissəsinin, xüsusən də yayda torpaq quru olduğu zaman yol boyu torpağa hopması halları mövcuddur. Düşmən ölkədə damcı sisteminin tətbiqinin suya qənaət etməyə kömək edəcəyi barədə fikirlər səsləndirilir, lakin hələlik daha sadə, ən azı polimer borulardan və ya beton su borularından başlamağı düşünürlər.

Əsas kanalların təxminən 75%-i (birbaşa çaylar və ya su anbarlarından qidalanan) beton borularla örtülüb. Lakin yerdə qalan 25 faiz böyük bir itkiyə səbəb olur, çünki hər il on minlərlə ton su əsas kanallardan keçir, bunun minlərlə tonu sadəcə torpağa hopur. Hətta məlumata görə, suyun borulardan axan yerlərdə heç də hamısı saz vəziyyətdə deyil. Borular bəzi yerdə köhnəlmiş, bəzi yerdə isə qəsdən deşilib (su oğurlamaq üçün) və bəzi yerlərdə sadəcə oğurlayıblar.

Ermənistanda daxili suvarma sistemlərindəki vəziyyət daha pisdir. Bu sahədə cəmi 15-20% beton borular çəkilib, qalanları torpaq xəndəklərdir. Bütün bunları əlavə etdikdə məlum olur ki, Ermənistanda suvarma suyunun itkisi təxminən 50-55% -dir.

Damcı suvarma sistemi su istehlakını əhəmiyyətli dərəcədə azaldır, lakin əhəmiyyətli xərc tələb edir. Buna görə də belə bir sistemi yalnız imkanı olan erməni fermerler tətbiq edə bilər. Əlbətdə ki, bir neçə qonşu ilə əlaqə qurmaq, birlikdə belə bir sistem qurmaq mümkündür, lakin Ermənistandakı kəndlilər bir-biri ilə işləmək üçün vərdişə sahib deyil, hər hansı bir təklifə həddindən artıq inamsızlıqla yanaşırlar. Odur ki, indiyə qədər yalnız üç min hektar ərazidə damcı suvarma, yəni suvarılan torpaqlarının 1,5 faizindən az bir qismində var.

Su anbarları

Sovet hakimiyyəti illərində Ermənistanda bir neçə böyük su anbarı tikilib. İndi Ermənistanda onların tikintisinin davam etdirməli olduğunu düşünürlər.

Haşiyəyə çıxaraq qeyd edək ki, Bazarçayın mənbəyi Kəlbəcər bölgəsində, aşağı axın isə Zəngilan bölgəsində qalsa da, əsas su toplama tutumu Zəngəzurda qalıb. Hazırda ölkəmiz “su mühasirəsinə” başlasa, Ermənistan daha pis vəziyyətə düşə bilər.

Su anbarları mövzusuna qayıdaq․ Sovet dövründən bəri Ermənistanda işləri tamamlanmamış dörd su anbarı qalıb. Bunlar, Yeğvard, Kaps, Vedi və Mastara su anbarlarıdır. Bütün bu qurğuların tikintisi başa çatsa, suvarma suyunun ehtiyatını təxminən 200 milyon kubmetr və ya 20% artıra bilər. Lakin yalnız Vedi su anbarında aktiv tikinti işlərinin aparıldığı bildirilir. Cari il ərzində isə Kaps su anbarında tikinti işlərinin başlayacağı haqqında məlumat yayılıb.

Mövcud qiymətlərə və standartlara görə su anbarı tikmək ucuz deyil. Bir kubmetr həcmi üçün 3-4 dollar, yəni nəticədə yüz milyonlarla dollar lazımdır. Ancaq bu xərclər həyati məna daşıyır. Mütəxəssislərin çöl ölçmələrinə görə, əvvəllər iyul-avqust aylarında Ağrı vadisində gündə bir hektardan 50-60 ton su buxarlanırdısa, indi 80-90 ton səviyyəsinə çatıb. Yəni su istehlakı və saxlanması hər zamankındən daha vacib hala gəlib.

Hazırda ekspertlər Ermənistanın daha çox suya ehtiyacı olub-olmadığını, əgər varsa, hansı məhsulların, hansı bölgələrdə, hansı torpaqlarda nə qədər olduğuna qərar verməyin lazım olduğunu düşünürlər. Onların fikrincə, bunu bilməklə suyu daha dəqiq sərf etmək və ən yaxşı məhsulu əldə etmək mümkün ola bilər. Lakin hazırkı Ermənistan səlahiyyətliləri “Dovex silləsi”ndən sonra mütəxəssislər qarşısında belə bir tapşırıq qoymağa cəsarət etmirlər. Çünki bənzər fəaliyyətlərin təşkili müəyyən su hövzələrinə çıxış və ciddi maliyyə resursları tələb edir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Müharibə  

Mövcud su ehtiyatları və yeni reallıq: Ermənistanın içməli və suvarma su ehtiyatlarının 80%-dən çoxu nəzarətimiz altındadır

2020/10/771fe-1602167792.jpg
Oxunub: 12231     10:24     19 Mart 2021    