Ermənistanda absurd teatr - Paşinyan Onikin müavinindən üzr istəyəcək?

2021/03/KMO_1-1615189805.jpg
Oxunub: 1366     16:49     08 Mart 2021    
Erməni mətbuatında dərc olunan məqalələrin birində Ermənistandakı vəziyyət absurd teatra bənzədilib.

O qeyd edib ki, Nikol Paşinyan indi kreslosundan yapışan və hakimiyyət uğrunda hər şeyi tapdalamağa hazır olan ümidsiz manyaka bənzəyir.

““Yerablur” üzərinə edilən basqından sonra, zənn edilirdi ki, Nikol Paşinyanın vicdanı kütlənin dırnaqları altında tapdanan qəhrəmanların məzarlarının ağırlığından dincəlməməli idi, amma yox, öz hakimiyyəti naminə, məyus olmuş rəhbər rolunda meydanlarda ağlamağa, “1 Mart” qurbanlarının xatirəsinə həsr edilmiş matəm yürüşündə qışqırıqlar, alqışlara da hazır idi.

Beş mindən çox qurban, on mindən çox yaralı, itkin düşən, əsir, dağılmış vətənə görə məsul olan bu manyak, hökumət uğrunda beynəlxalq qalmaqallar yaratmağa da hazırdır. Daha sonra böyük bir qarışıqlığa səbəb olacaq elə yalanlar uydurmağa, təhlükəsizlik qarantımız olan orduya qarşı da çıxmağa qadirdir.

Paşinyanın mitinqdəki çıxışının əsas epizodlarını nəzərdən keçirək. Bu hökumətin lideri, inzibati resurslar və inzibati rıçaqlar vasitəsilə bir neçə gün insan ovuna çıxan Nikol Paşinyanın isterik tonu, həyəcanı və digər davranış təzahürləri patronun Meydandakı insan sayından çox da razı qalmadığını və bu boşluğu aktyorluq istedadı ilə doldurmağa çalışdığını göstərdi. Həqiqi ictimai dəstək olduğu təqdirdə, Paşinyanın hər gün bir mitinq çağıracağına və öz nöqteyi-nəzərini tətbiq etməyə çalışacağına şübhə etmək olmaz. O, belə bir şəxsdir. Bu adam, əsirləri, sərhədləri və digər təcili həlli tələb olunan məsələləri bir kənara qoyub, bütün vaxtını və resurslarını öz kreslosunu qorumağa sərf edir. Üstəlik, növbədənkənar bir seçki təklif etməzdi, cəmi bir neçə həftə əvvəl xalqın seçki tələbinin olmadığını, məsələnin qapalı olduğunu söyləyirdilər. İndi mitinq şəklində xalqın tələbini yoxlamaq üçün daha iki siyasi tədbir keçirdiyinə görə niyə növbədənkənar seçki üçün yalvarır?

Auditoriyası qarşısında Gülnaz nənənin nağılları ilə təmiz görünməyə, özündən başqa hamının günahkar olduğunu söyləməyə çalışırdı.

Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanın açıqlamasını Serj Sarkisyanın təhriki ilə etdiyini bildirib: “Digərləri, Serj Sarkisyan da daxil olmaqla, Silahlı Qüvvələrin bəzi generalları çevrəsindəki təsirindən istifadə edərək, onları dövlətə və xalqa qarşı çıxmağa təhrik etməyə çalışıb”.

Maraqlıdır, Anna Hakobyan da 44 günlük müharibə ərzində Serj Sarkisyanın təsiri altında komandanlıq bunkerlərində mənəvi dəstək verirdi. Bəlkə də Nikol Paşinyan özü də Serj Sarkisyanın təsiri altındaydı, ona görə də müharibənin üçüncü günü Onik Qasparyanın müharibəni dayandırma çağırışını dinləməmişdi, Şuşa məsələsi olmadan Putinin təklifini qəbul etməmişdi, yoxsa Serj Sarkisyanın təsiri altında 9 noyabr tarixində təslim sənədini imzalamışdı. Nikol Paşinyan bunun belə olduğunu qəbul edərsə, o halda onun hekayəsinə inanmaq olar.

Ötən gün günortadan sonra da sözçüsü vasitəsi ilə “İskəndər” raketləri ilə bağlı açıqlamasının səbəbinin Baş Qərargah tərəfindən səhv məlumat verilməsi olduğunu söyləməklə növbəti lətifə ortaya çıxardı.

Əgər bu zarafata inansaq, o zaman Nikol Paşinyan general Tiran Xaçatryandan üzr istəməli və vəzifəsinə bərpa etməli, Armen Sarkisyandan üzr istəməlidir. Axı hər şey səhv məruzədən qaynaqlanmağa başlayıb. Ruslardan xüsusi bir üzr istəməlidir. Paşinyan şəfqətə layiqdir və hər bir sözü bir öncəki sözünə zidd olduğuna görə onunla razılaşmaq lazımdır”, - deyə məqalədə qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   Paşinyan  

Ermənistanda absurd teatr - Paşinyan Onikin müavinindən üzr istəyəcək?

2021/03/KMO_1-1615189805.jpg
Oxunub: 1367     16:49     08 Mart 2021    