Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hetq.am” nəşri yazır.
Qeyd olunur ki, azad edilmənin məqsədi bu olub, əslində neçə nəfərin cəbhəyə getdiyi isə məlum deyil.
“Prosesə qarşı ictimai nəzarət həyata keçirilməyib, çünki dövlət orqanları lazımi statistikanı hazırlamayıb. Riskləri istisna etməyə imkan verəcək nəzarət mexanizmləri də yoxdur”, - deyə bildirilir.
Ermənistan Ədliyyə Nazirliyinin bildirdiyi məlumata əsasən, 2020-ci il sentyabrın 27-dən noyabrın 9-na qədər Ermənistan Ədliyyə Nazirliyinin cəzaçəkmə müəssisələrinə hərbi əməliyyatlarda iştirak etməklə bağlı 1038 şəxsin müraciəti təqdim olunub.
Müraciət edənlərdən 491-i nəzarət altına alınmış şəxslər (yəni yekun məhkəməsi baş tutmamış, konkret olaraq nə qədər müddət cəza alacağı məlum olmayan şəxslər), 547-si isə məhkumlardır.
“Hərbi əməliyyatlar günlərində azadlıqdan məhrum edilmiş şəxslər hərbi əməliyyatlarla bağlı işlərə cəlb olunmayıb”, - deyə Ermənistan Ədliyyə Nazirliyindən bildiriblər.
Alpər Mövludoğlu
Ordu.az