Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən
Ordu.az-a verilən məlumata görə, bu günədək 300 mindən çox məcburi köçkünün mənzil məişət şəraiti yaxşılaşdırılıb.
"Hazırda respublika üzrə məktəb, uşaq bağçası, yataqxana, inzibati sanatoriya, pansionat və s. bu tipli obyektlərdə 40 mindən çox ailə müvəqqəti məskunlaşıb. Hazırda işğaldan azad edilən ərazilərin bərpası istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanılıb. Məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə mərhələli qaydada qayıdışı zamanı qeyd edilən inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr də yeni yaşayış sahələri ilə təmin olunacaqlar", - məlumatda bildirilib.
Ordu.az