Gürcüstan Rusiyanın iştirakı səbəbindən 3 + 3 formatı ilə razılaşmır

2021/03/8974b-1615029225.jpg
Oxunub: 1406     15:12     06 Mart 2021    
Gürcüstanın xarici işlər naziri David Zalkaliani 3 mart tarixində Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüş keçirib.

Ordu.az xəbər verir ki, görüşdə Gürcüstan, Ermənistan, Azərbaycan, Türkiyə, İran və Rusiyanın iştirakının nəzərdə tutulduğu Qafqazdakı 3 + 3 formatı səviyyəsində iş birliyini müzakirə ediblər.

Görüşdən sonrakı mətbuat konfransı zamanı Gürcüstan Xarici İşlər Naziri, Gürcüstanın bölgədə uzunmüddətli sülhün təmin olunması təşəbbüsünə görə Türkiyəyə minnətdar olduğunu, ancaq Tiflisin Rusiyanın iştirakı ilə bağlı "aydın" mövqeyə sahib olduğunu vurğulayıb.

Zalkaliani bildirib ki, bu formatda əməkdaşlıq, iştirakçı ölkələrin beynəlxalq hüququn təməl prinsiplərinə, o cümlədən ölkələrin suverenliyi və ərazi bütövlüyünün tanınmasına hörmət göstərmələri deməkdir.

Onun sözlərinə görə, Gürcüstan işğala son qoyulması istiqamətində addımlar atılana qədər Rusiya ilə heç bir beynəlxalq formatda iştirak edə bilməz.

Bunun əvəzinə Gürcüstan Xarici İşlər Naziri iqtisadiyyat, mədəniyyət və millətlər arasında münasibətlərdə əməkdaşlıq etməyin mümkün olduğu Ermənistan və Azərbaycan üçün Tiflisi "platforma" kimi təklif edib.

Çavuşoğlu da öz növbəsində Türkiyənin "Gürcüstanın bu məsələyə ehtiyatlı yanaşmasına" hörmət etdiyini və başa düşdüyünü qeyd edib.

"Çətin şərait olduğu halda Abxaziya və Cənubi Osetiyanı nəzərdə tuturam, ikitərəfli danışıqlara başlamaq çətindir, lakin çoxtərəfli formatda daha asan olardı", - deyə Türkiyə Xarici İşlər naziri bildirib.

O, Türkiyənin Gürcüstanın, eləcə də Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Gürcüstan   Türkiyə  

Gürcüstan Rusiyanın iştirakı səbəbindən 3 + 3 formatı ilə razılaşmır

2021/03/8974b-1615029225.jpg
Oxunub: 1407     15:12     06 Mart 2021    