Sasun Mikaelyan Paşinyana və hərbçilərə nəyi başa salmağa çalışır?

2021/03/90531-1615029044.jpg
Oxunub: 1821     20:54     06 Mart 2021    
Ermənistanın “Yerkrapah Könüllü Birliyinin” (YKB) hərbi təşkilartının sədri Sasun Mikaelyan müharibədən sonrakı sükutunu pozmuş və müharibə günlərindəki fəaliyyətinə və ona aid edilən qalmaqallı hekayələrə toxunaraq geniş bir müsahibə verdi. YKB-nin müharibədə iştirak etmədiyini, özünün isə döyüş meydanında yaralanmadığını, tamamilə fərqli şəraitdə yaralandığını söyləyənlərdən inciyən Sasun Mikaelyan, YKB-nin niyə nüfuzdan salındığına üzüldüyünü biruzə verdi.

“Son maşınla mən çıxdım. İşxanadzora (Xanlıq-red.) gəldik, körpüdən keçdik, buxta kimi bir yer var idi. Bütün ordunu buraya gətirdim ki, Qubadlı, yaxud da İşxanadzor istiqamətində getməyimizə dair bir əmr gözləyirdik. Axşam saat 22:00 radələrində mərmi ortamıza düşdü. 8 nəfər öldü, 25 nəfər yaralandı. İkinci mərmi də düşsəydi, heç birimiz sağ qalmazdıq”, - deyən Mikayelyan dörd əməliyyat keçirdiyini və getdikcə özünə gəldiyini, sağaldığını qeyd edib.

Maraqlıdır ki, Mikaelyan YKB-nin faktiki olaraq artıq qurum kimi mövcud olmadığı, özü və hökuməti tərəfindən məhv edildiyi bir vaxtda nüfuzdan salınması haqqında düşünür. 2018-ci ildən sonra gələn hökumətin üzvləri “Yerkrapah”ı dağıtmağa, Manvel Qriqoryanı alçaltmağa başladılar.

Sasun Mikaelyan bildirib ki, Ermənistan 30 il ərzində ordu qursaydı, son müharibənin fərqli bir nəticəsi ola bilərdi: “Ay qadanızı alım, ordu qurmuş olsaydıq, bu günə düşərdikmi? O milyardlar orduya sərf olunmalı idi. Əsgərimiz bu müharibəyə heç bir təchizat, dəbilqə, zirehli gödəkçəsi olmadan gedirdi, əlində mərmi tutmaq üçün durmalı idi?”.

Erməni KİV-lərində dərc olunan məqalədə qeyd olunur ki, bu, əslində bir dövlət məmuru tərəfindən hakimiyyətə qarşı bildirilən bir cinayətdir.

“Son üç ildə Nikol Paşinyan dəfələrlə ordunun artıq əvvəllər olduğu kimi olmadığını, alt geyimindən başlamış silahlanmayadək misli görünməmiş silahlanma həyata keçirildiyini bildirib.

Sasun Mikaelyan, Nikol Paşinyandan 80-ci illərdəki silahlanma vaxtının bitdiyini və addımlayanların sayəsində ordumuzun ən yeni silahlarla silahlandığını necə söylədiyini soruşsa daha yaxşı olar. Ümumiyyətlə, Sasun Mikaelyan, müharibəni keçmiş bir insan olaraq, isterik liderləri sayəsində cəhənnəmə çevrilən 44 günlük müharibədən danışsaydı yaxşı olardı. Müharibə iştirakçısı olaraq Sasun Mikaelyan başa düşməli idi ki, döyüşən bir dövlətin liderləri isterik canlı yayımlara, yumor, təhdid və böhtana vaxt tapmamalıydılar, amma Arayik Harutyunyan və Nikol Paşinyan aktyorluq istedadı 44 gün ərzində parlaq dövrünü yaşayıb. Həmin günlərin qeyri-mütəşəkkilliyindən şikayətlənərkən isə bu vəziyyətdə Serj Sarkisyan və sələflərinin, yoxsa kimin günahkar olduğuna cavab versəydi yaxşı olardı, axı buna cavabdehlik hökumətin funksiyası idi elə deyilmi?

Mikaelyan tərəfdarlarının olmadığından, yalnız maneçilik törədənlərin olduğundan şikayətlənir. Bax belə yerdə deyiblər, yox aaa, doğrudanmı? Bəs, həmin günlərdə keçmiş prezidentlər, hərbiçilər Qarabağda nə edirdilər, axı onlar dəstək göstərmək üçün gəlmişdilər, amma onun rəisi və Qarabağdan olan cinayətkar həmkarı, onları qəbul etmək və dinləmək istəmirdilər. Bəlkə, heç olmasa Sasun Mikaelyan özü keçmiş dostu Serj Sarkisyanın məsləhətini dinləyərdi və bu gün onların arxasınca dedi-qodu etməzdi. Ən gülünc olan məqam isə Mikaelyan tərəfindən, baş nazir başda olmaqla, hökumətinin yuxarıdan aşağıya başlayaraq hamısının fərarilik etdiyi halda, bəzilərini, xüsusən də Ruben Qevorkyanı fərarilər adlandırmasıdır.

Ən diqqətçəkən məqam isə Baş Qərargahın açıqlamasına olan münasibətidir. Mikaelyan deyir ki, ordunun belə bir bəyanat vermək hüququ yox idi, eyni zamanda Paşinyanın xain olmadığını da iddia etmir: “Bu gün nə normal bir ordumuz var, bilmirəm, nə də iqtisadiyyatımız var, ən əsası birləşməyimizdir, mən belə görürəm. Xəyanətkar kim olursa-olsun, istəyirsə, Paşinyan və ya digər biri olsun, tarix, xalq qarşısında cavab verəcəklər. Paşinyanın xain olduğunu çox yaxşı bilirlərsə, getsinlər sübut etsinlər, mən Paşinyanı saxlamıram. Paşinyan bu müddət ərzində böyük səhvlərə yol vermişdir, amma bu gün ölkədəki vəziyyət belədir, övladlarımız var, nəvələrimiz var, hara gedirik?”.

Göründüyü kimi, Mikaelyan da müharibənin qaranlıq məqamlarının ona da əzab verdiyini və dəlil gözlədiyini etiraf edir. Aparıcı oxları keçmiş hakimiyyətə yönəltməyə, Sasun Mikaelyanı keçmişə aparmağa, bütün narazılıqları orada qoymağa nə qədər cəhd etsə də, bu heç bir nəticə vermir. Mikaelyan uzun yol keçmiş bir insandır və bugünkü axmaq hökumətin nümayəndəsi olsa da, yaxşı və ya pis müharibəni keçmiş trayektoriyasına sahib şəxsdir, Artsaxın azad edilməsində iştirak edib. Bəlkə də buna görə də Mikaelyan, Nikolun fədaisi kimi davranmır və ordunu xilas etməyə çalışır. Bununla da özü və silahdaşları tərəfindən torpaqları təslim edən Nikol Paşinyandan ayırmaq istəyir. Yəqin ki, xainin gec-tez sürgün edilməli olduğunu başa düşür, çünki minlərlə qurban bahasına vətənini satdığına əmindir. Elə buna görə də indi Paşinyandan aldığı hədiyyədən zövq almalıdır.

O, eyni zamanda demokratiyanın, xalqın gücündən bəhs edərək, belə bir hakimiyyətin elə belə şəkildə çölə atıla bilməyəcəyini vurğulayır. Mikaelyan komandiri Vazgen Sarkisyanı qanuni hakimiyyəti necə sıxışdırıb çölə atdığını unutmuş ola bilər, çünki bu hakimiyyət sadəcə torpaqları təslim etmək niyyətində idi”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Yerkrapah  

Sasun Mikaelyan Paşinyana və hərbçilərə nəyi başa salmağa çalışır?

2021/03/90531-1615029044.jpg
Oxunub: 1822     20:54     06 Mart 2021    