Erməni və rus alimlərin proqramı peyklərdən və ya PUA-dan alınmış rəqəmsal təsvirləri analiz etməyə imkan verəcək?

2021/03/PUA-1615018332.jpg
Oxunub: 1148     12:13     06 Mart 2021    
“Ermənistan Milli Elmlər Akademiyasının İnformasiya və Avtomatlaşma Problemləri İnstitutunun və Samaranın S. P. Korolyov adına Milli Tədqiqat Universitetinin tədqiqat qrupları birlikdə yeni vahid proqram hazırlayacaqlar və bu proqram səhra şəraitində peyklərdən və ya Pilotsuz Uçuş Aparatlarından alınmış rəqəmsal təsvirləri insan müdaxiləsi, yerüstü kompüter avadanlıqları, neyron şəbəkələr və məlumat bazalarının cəlb olunması olmadan müstəqil şəkildə analiz etməyə imkan verəcək”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, təsvirlərin tekstural xüsusiyyətləri ilə uyğunlaşdırılmış informativ etiketlər dəstinin formalaşdırılması üçün effektiv hesablama prosedurlarının qurulması tədqiqat proqramı bu ilin yanvarında başlayıb.

“Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi QK-HHRH-2020” beynəlxalq müsabiqəsi nəticəsində maliyyələşdirmə təmin olunub, bu, Elm Komitəsi və Rusiya Əsas Tədqiqatlar Fondunun (РФФИ) birgə proqramlarının dəstəyi ilə həyata keçirilib.

“Məqsədimiz tədqiqat nəticəsində teksturaların hərtərəfli riyazi təsviri sayəsində alqoritmlər hazırlamaqdır, bunlar, hazırda edildiyi kimi, təkcə başqa təsvirlərlə müqayisə, neyron şəbəkələr və kompleks təsnifatçılar vasitəsilə yox, həmçinin bu təsvirlərin teksturasının müstəqil şəkildə tanınması və sinifləşdirilməsi əsasında Pilotsuz Uçuş Aparatlarından, peyklərdən alınmış təsvirlərin analizini təmin etməyə mimkan verəcək. Tekstura deməklə verilmiş məkanın xüsusiyyətlərini - bitki örtüyünü, su örtüyünü, relyefi, tibbi tətbiq halında isə verilmiş orqanın quruluşunu, formasiyaların mövcudluğunu və s. nəzərdə tuturuq”, - proqramın erməni tərəfinin rəhbəri, professor Mariam Harutyunyan deyir.

Qrupun üzvü, professor Davit Asatryan iddia edir ki, tədqiqat peyk monitorinqi və məsafədən zondlama, erkən tibbi diaqnoz, PUA-lardan “müstəqil beyinlə” istifadə etmək və bir sıra başqa istiqamətlərdə geniş tətbiqə sahib olacaq.

“Bu sahədə Ermənistan-Rusiya əməkdaşlığı peyk və kosmik hiperspektral texnologiyalar sahəsində mövcud olan geniş məlumat bazalarını erməni alimlər üçün əlçatan edərək işin səmərəli şəkildə razılaşdırılmasına imkan yaradır. Sonuncular da sahədəki böyük təcrübə və toplanmış biliklər sayəsində yeni informativ xüsusiyyətlərin aşkarlanması üçün öz metodikalarını və alqoritmlərini təklif edirlər.

Proqramın Rusiya tərəfinin bildirdiyinə görə, ikitərəfli əməkdaşlıq nəticəsində gözlənilən həll yüngül PUA-lar üzərində quraşdırılan portativ hiperspektrometrlərin yaradılması üçün ciddi ilkin şərtlər yaradır. Alqoritmlərin istifadəsi PUA-ların bort sistemlərinin mikrosxemlərinin tətbiqi ilə mövcud obyektlərin informativ etiketlərini yerində hesablanmağa imkan verəcək”, - deyə məlumatda qeyd olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Rusiya   Böhran  

Erməni və rus alimlərin proqramı peyklərdən və ya PUA-dan alınmış rəqəmsal təsvirləri analiz etməyə imkan verəcək?

2021/03/PUA-1615018332.jpg
Oxunub: 1149     12:13     06 Mart 2021    