"Məscidin dağıdılması müsəlmanların hisslərinə təhqirdir" - Hikmət Hacıyev

2021/03/42550-1615016461.jpg
Oxunub: 883     11:40     06 Mart 2021    
“Füzulinin Mərdinli kəndinə gəlməyimizin əsas səbəblərindən biri kəndin dağıdılması ilə yanaşı bu kənddəki tarixi məscidin məhv edilməsini göstərməkdir”.

Ordu.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev diplomatik korpus nümayəndələrinə Ermənistanın törətdiyi dağıntılar barədə məlumat verərkən deyib.

Onun sözlərinə görə, Mərdinli kəndinə yerləşən məsciddən heyvanların, donuzların saxlanması üçün istifadə edilib.

“Bütün bunlar vandalizmin göstəricisidir. Məscidin dağıdılması ilə yanaşı onun təhqir edilməsi düşünürəm ki, bütün dinlərdə qəbuledilməzdir. Bu, Azərbaycan xalqına, həmçinin müsəlmanların hisslərinə təhqirdir.

Digər ərazilər kimi bu kəndin ərazisi də piyadalar və tank əleyhinə minalarla kütləvi şəkildə çirkləndirilib. Ərazilərin təmizlənməsi üçün ANAMA tərəfindən işlər aparılır, lakin 10 noyabr bəyanatından bu günə kimi 50-dən çox azərbaycanlı mülki şəxs və hərbçi bu minaların qurbanları olub”.

Qeyd edək ki, səfər çərçivəsində diplomatik korpus nümayəndələri Füzuli Hava Limanı və Füzulidən Şuşaya çəkilən əsas magistral yolla da tanış olacaqlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hikmət-Hacıyev  

"Məscidin dağıdılması müsəlmanların hisslərinə təhqirdir" - Hikmət Hacıyev

2021/03/42550-1615016461.jpg
Oxunub: 884     11:40     06 Mart 2021    