ABŞ Suriya və İraqda mobil hava hücumundan müdafiə sistemi yerləşdirəcək

2021/03/Getty-1615010783.jpg
Oxunub: 1175     11:56     06 Mart 2021    
ABŞ Suriya və İraqda getdikcə artan PUA hücumlarının qarşısını almaq üçün mobil hava hücumundan müdafiə sistemi yerləşdirmək niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə “Forbes”in yayımladığı xəbərdə qeyd olunub.

Bildirilir ki, iki ölkədə yerləşən ABŞ bazalarında ilkin olaraq “AN/TWQ-1 Avenger” mobil qısa mənzilli hava hücumundan müdafiə sistemi yerləşdiriləcək. HHM sistemi piyadaları PUA-lardan, aşağı hündürlükdə uçan təyyarələrdən, helikopterlərdən və qanadlı raketlərdən qoruyacaq.

Keçən ilin əvvəlinə qədər ABŞ qüvvələrini İraqda yerləşdirən bazalarda hava hücumundan müdafiə sistemləri yox idi. İranlı general Qasım Süleymaninin öldürülməsindən sonra İraqda HHM sistemləri yerləşdirildi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Suriya   İraq  

ABŞ Suriya və İraqda mobil hava hücumundan müdafiə sistemi yerləşdirəcək

2021/03/Getty-1615010783.jpg
Oxunub: 1176     11:56     06 Mart 2021    