Türkiyənin daha bir şirkəti sürü halında işləyən PUA-lar istehsal edir

2021/03/Selvi-1615010712.jpg
Oxunub: 2336     12:15     06 Mart 2021    
Türkiyənin Müdafiə Sənayesi İdarəsi tərəfindən başladılan sürü PUA layihəsində iştirak edən 25 şirkətdən daha biri ikinci mərhələyə keçib.

Ordu.az xəbər verir ki, “Selvi Technology” şirkəti sürü PUA layihəsində ciddi irəliləyiş əldə edib.

Sürü PUA layihəsi çərçivəsində sürü konsepsiyasında işləyən PUA-ların istifadə edəcəyi alqoritm və sistemlərin hazırlanması nəzərdə tutulub və 4 mərhələdən ibarətdir. İndiyədək sadəcə 5 şirkət ikinci mərhələyə keçə bilib.

“Selvi Technology” şirkəti sürü PUA-larının qalxma nöqtəsinə qayıtması üçün alqoritmlər hazırlayıb və nümayiş uğurla başa çatıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Selvi   Türkiyə   PUA  

Türkiyənin daha bir şirkəti sürü halında işləyən PUA-lar istehsal edir

2021/03/Selvi-1615010712.jpg
Oxunub: 2337     12:15     06 Mart 2021    