"Vətən müharibəsində döyüşənlərin 80 faizi idmanla məşğul olanlar idi"

2021/03/44454-1614930650.jpg
Oxunub: 1030     11:55     05 Mart 2021    
Vətən müharibəsinə qatılan gənclərin 80 faizi bədən tərbiyəsi və idmanla məşğul olanlar sağlam gənclərdən ibarət olub.

Ordu.az-ın məlumatına görə, bu barədə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov açıqlama verib. O bildirib ki, qarşılıqlı rəqabətdə formalaşan gənclər və idmançı hərbçilər 44 günlük müharibə dövründə 30 ilədək bunkerlər və digər hərbi istehkamlar düzəltmiş Ermənistan ordusunu darmadağın ediblər: "Bu, ölkəmizdə uzun illərdir aparılan uzaqgörən siyasətin, idman siyasətinin nəticəsidir. Hərbçilərimiz arasında Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Müdafiə Nazirliyinin, Naxçıvan xüsusi təyinatlılarının idmanda nailiyyətlər göstərən əsgər və zabitləri də var idi".

İ.İsmayılovun fikrincə, nəinki olimpiya, hətta qeyri-olimpiya növlərinə də xüsusi diqqət və qayğının göstərilməsi yeniyetmələrimizin sağlam və fiziki hazırlıqlı böyümələri baxımından xüsusi əhəmiyyət kəsb edib: "Bu da Ordumuz üçün vacib məsələlərdən biridir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Qarabağ  

"Vətən müharibəsində döyüşənlərin 80 faizi idmanla məşğul olanlar idi"

2021/03/44454-1614930650.jpg
Oxunub: 1031     11:55     05 Mart 2021    