"Yaralı və ölüm hallarının əksəriyyəti qəlpə yaraları idi" - Ehtiyatda olan erməni zabit

2021/03/66656-1614929817.jpg
Oxunub: 2216     17:31     05 Mart 2021    
"44 günlük Qarabağ müharibəsi zamanı demək olar elə bir yer yox idi ki, orada həm silahlanma, həm də insan resursları və geyimlər ilə bağlı problem olmasın".

Ordu.az xəbər verir ki, bunu "İravunk" nəşrinə açıqlamasında ehtiyatda olan erməni zabit, iqtisadçı Artur Qriqoryan bildirib.

Onun sözlərinə görə, problemlər müharibənin ilk günündən meydana çıxıb.

"Ən vacibi zirehli gödəkçələr və dəbilqələr məsələsi, eləcə də hərbçilərin uzunboğaz çəkmələri olub", - deyə Qriqoryan qeyd edib.

O bildirib ki, yaralı və ölüm hallarının əksəriyyəti qəlpə yaraları olub.

"70 min aktiv hərbçilərə, 210 min ehtiyata sahibik, yəni Müdafiə Nazirliyinin anbarlarında ən azı 280 min civarında müvafiq sayda həm zirehli gödəkçələrə, həm dəbilqələrə, həm də geyimlərə, ümumilikdə "buşlat"lara qədər hər şeyə sahib olmalı idik", - deyə Qriqoryan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Qarabağ  

"Yaralı və ölüm hallarının əksəriyyəti qəlpə yaraları idi" - Ehtiyatda olan erməni zabit

2021/03/66656-1614929817.jpg
Oxunub: 2217     17:31     05 Mart 2021    