Ordu.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan özünün “Facebook” səhifəsində yazıb.
O, gözləntiləri sadalayıb.
“1. Azərbaycanın ərazi bütövlüyünü tanıyan sülh müqaviləsi;
2. Türkiyə ilə hərtərəfli bir müqavilənin imzalanması və “soyqırımı” (qondarma-red.) tanınmasını tələb etməkdən imtina;
3. Ermənistanın Türkiyə iqtisadiyyatına inteqrasiya edilməsi;
4. Azərbaycanın tələb etdiyi Ermənistan ordusunun yenidən təşkil olunmasına xitam verilməsi;
5. Birinci Qarabağ müharibəsi dövründə Ermənistanın keçmiş liderlərinin “Bəşəriyyətə qarşı törədikləri cinayətlərə görə” Haaqa Tribunalında mühakimə olunması”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az