“Səlahiyyətlilərin təsəvvür etdiyi kimi, Baş Qərargah rəisi vəzifəsini tərk etməkdən imtina etsə, səlahiyyətlilər bu məsələni başqa cür, yəni Milli Təhlükəsizlik Xidməti və ya polisin xüsusi təyinatlıları da daxil olmaqla güc metodları ilə həll etməyə çalışacaqlar”.
Ordu.az xəbər verir ki, bunu təhlükəsizlik məsələləri üzrə erməni ekspert Armen Manvelyan deyib.
Onun sözlərinə görə, səlahiyyətlilər Ermənistan Baş Qərargah rəisi Onik Qasparyanın məsələlərini həll edə bilsələr, bunu ordunun ləğv edilməsi prosesi izləyəcək.
“Bu, bu səlahiyyətlilərin öz qarşılarına qoyduğu proqramın bir hissəsidir”, - deyə Manvelyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan-ordusu
Ermənistan
Böhran
Paşinyan