ABŞ Qarabağla bağlı hansı qərarı verəcək?

2021/03/14844-1614928178.jpg
Oxunub: 2133     11:54     05 Mart 2021    
170 nəfər ABŞ Konqresmeni Türkiyəyə qarşı sərt münasibət göstərmək üçün Co Baydenə müraciət edib. 21 fevralda 100 konqresmen Baydeni Ermənistanın yanında olmağa çağırıb.

Xatırladaq ki, Konqresin ABŞ-ın Qarabağ zonasındakı maraqlarını öyrənmək üçün ABŞ Milli Kəşfiyyatına verdiyi 90 günlük müddət tezliklə başa çatacaq. Dekabr ayında ABŞ Konqresi Qarabağ bölgəsindəki müharibəyə dair bir müddəanın yer aldığı qanun layihəsi qəbul etdi.

Sənədin “Ermənistan və Azərbaycan arasındakı gərginliyin qiymətləndirilməsi” adlı 6-15-ci bəndlərində bildirilir ki, qanun layihəsinin qüvvəyə mindiyi gündən ən geci 90 gün müddətinə Milli Kəşfiyyat Direktoru Qarabağın statusu və Ermənistan-Azərbaycan gərginliyi ilə bağlı Konqresin Kəşfiyyat Komitəsinə yazılı qiymətləndirmə təqdim etməlidir. Həmin sənəddə ABŞ-ın Azərbaycana və Ermənistana verdiyi hərbi yardımın təsiri, habelə bölgədəki güc tarazlığı və gələcəkdə güc tətbiqi ehtimalı qiymətləndirilməlidir.

ABŞ Yaxın Şərqdə də Türkiyənin genişlənməsinin əleyhinədir. İran, Şimali İraqda görülən tədbirlərlə əlaqədar olaraq Türkiyə Xarici İşlər Nazirindən cavab tələb edib. Cinayətkar Suriya hakimiyyəti Türkiyənin ölkələrindəki varlığının qanunsuz olduğunu bildirib.

Ermənistanın bu proseslərdəki addımları “görünməzdir”, bu da Rusiya-Türkiyə müttəfiqliyinin erməni siyasi sinfinin əksəriyyəti tərəfindən “alt-mandat” daşıdığını göstərmək məqsədi daşıyır. Ermənistan Afinada keçirilən və Türkiyənin antitürk formatı adlandırdığı Kipr, Misir, Fransa, Yunanıstan, Bəhreyn, Səudiyyə Ərəbistanı və BƏƏ-nin qatıldığı Dostluq Forumunda iştirak etməyib.

Bu yaxınlarda Ermənistan İraq Kürdüstanında Baş Konsulluq açıb. İraqda işgüzar səfərdə olan Ermənistan Xarici İşlər nazirinin müavini Artak Apitonyan, İraq Kürdüstanının bir sıra yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirib.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Azərbaycan   Qarabağ   Ermənistan   Böhran  

ABŞ Qarabağla bağlı hansı qərarı verəcək?

2021/03/14844-1614928178.jpg
Oxunub: 2134     11:54     05 Mart 2021    