Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (Economic Cooperation Organization) - ECO-nun 14-cü sammitində çıxışı zamanı bildirib ki, Ermənistan özünü yaxşı aparsa, Azərbaycan, Türkiyə və İranın iştirakı ilə formalaşdırılan tranzit layihələrə qoşula bilər. İlham Əliyev həm də əlavə edib ki, tarixi Azərbaycan ərazilərindən keçən Zəngəzur (diqqət, Meğri yox) dəhlizi regionda nəqliyyatla bağlı yeni fürsətlər yaradır.
Ordu.az xəbər verir ki, bu çıxış erməni ictimai-siyasi dairələrində narahatlıq yaradıb.
Erməni ictimai xadim Robert Markarian qeyd edib ki, İlham Əliyev artıq açıq-aşkar Zəngəzurdan keçən dəhliz haqqında danışır.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Zəngəzur
Azərbaycan
Qarabağ