Erməni vəkil: “Onik Qasparyan prezidentin qərarına tabe olmayacaq və vəzifədə qalmağa davam edəcək”

2021/03/65565-1614927843.jpg
Oxunub: 948     15:15     05 Mart 2021    
Ermənistan Vəkillər Palatasının sədri Ara Zöhrabyan Ermənistan Baş Qərargah rəisi Onik Qasparyan ətrafında yaranmış vəziyyət, Nikol Paşinyanın istefası tələbi haqqında danışıb.

Ordu.az xəbər verir ki, o, Ermənistan Baş Qərargah rəisi Onik Qasparyanın Ermənistan prezidenti Armen Sarkisyanın qərarına tabe olmayacağını düşünür.

“Onik Qasparyan prezidentin qərarına tabe olmayacaq və vəzifədə qalmağa davam edəcək”, - deyə Zöhrabyan qeyd edib.

O bildirib ki, martın 9-na qədər Ermənistan prezidenti Konstitusiya Məhkəməsinə müraciət edə bilər.

“Fikrimcə, martın 9-na qədər Silahlı Qüvvələrin Baş Qərargah rəisi hələ Onik Qasparyan hesab olunacaq. Konstitusiyanın 155-ci maddəsinə əsasən, belə çıxır ki, hətta prezident və Baş nazir birlikdə Onik Qasparyanı uzaqlaşdıra bilməzlər, çünki 5 illik müddət tamam olmayıb, bu baxış da hərəkət etmək hüququna sahibdir”, - deyə Zöhrabyan qeyd edib.

O bildirib ki, Onik Qasparyan Nikol Paşinyanı həbs etmək üçün səlahiyyətlidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran  

Erməni vəkil: “Onik Qasparyan prezidentin qərarına tabe olmayacaq və vəzifədə qalmağa davam edəcək”

2021/03/65565-1614927843.jpg
Oxunub: 949     15:15     05 Mart 2021    