Erməni ekspert: “Azərbaycan müharibənin növbəti mərhələsinə hazırlaşır, biz isə yox”

2020/05/12-1589785991.jpg
Oxunub: 4352     11:24     05 Mart 2021    
“Bir tərəfdən azərbaycanlılar mehriban münasibətləri, qonşular kimi yaşamaq, yaratmaq barədə teatr səhnələşdirirlər, digər tərəfdən erməni kəndlərinə daxil olurlar, sakinləri qorxudurlar, heyvanları oğurlayırlar, gəlib deyirlər ki, sizə bir saat zaman veririk, tərk edin, bu, bizim ərazimizdir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanda məhkəmə binası qarşısında jurnalistlərə açıqlamasında erməni siyasi ekspert Anjela Elibeqova deyib.

Onun sözlərinə görə, Azərbaycanın hərbi-siyasi rəhbərliyi mütəmadi olaraq erməniləri təhdid edir, militarist çıxışlar edir, hərbi büdcəni böyüdür və hərbi təlimlər keçirir.

“Yəni səlahiyyətlilərimiz başımızın altına yumşaq bir yastıq qoyduqca, cəmiyyətimizi bu müharibə ilə hər şeyin bitdiyinə inandırmağa çalışarkən, Azərbaycan müharibənin növbəti mərhələsinə hazırlaşır, biz isə yox”, - deyə Elibeqova bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Ermənistan   Böhran  

Erməni ekspert: “Azərbaycan müharibənin növbəti mərhələsinə hazırlaşır, biz isə yox”

2020/05/12-1589785991.jpg
Oxunub: 4353     11:24     05 Mart 2021    