Gürcüstan və ABŞ Müdafiə nazirləri birgə hərbi proqramları müzakirə edib

2020/09/ede78-1599464492.jpg
Oxunub: 737     14:45     05 Mart 2021    
ABŞ-ın Müdafiə naziri Lloyd Austin və onun gürcüstanlı həmkarı Cuançer Burculadze arasında telefon danışığı baş tutub.

Ordu.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, telefon danışığı zamanı nazirlər ikitərəfli strateji əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Gürcüstan Müdafiə naziri amerikalı həmkarına Rusiyadan gələn təhdidlər fonunda yeni administrasiyanın Gürcüstanı dəstəkləməsinin vacibliyini vurğulayıb.

Tərəflər Gürcüstan Müdafiə Hazırlıq Proqramı da daxil olmaqla ABŞ-Gürcüstan birgə hərbi proqramlarını müzakirə edib.

ABŞ Müdafiə naziri Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Gürcüstan  

Gürcüstan və ABŞ Müdafiə nazirləri birgə hərbi proqramları müzakirə edib

2020/09/ede78-1599464492.jpg
Oxunub: 738     14:45     05 Mart 2021    