Kreml unutmur| Paşinyana görə Rusiya ilə müttəfiqlik münasibətləri birbaşa təhlükədir

2020/04/11-1586938486.jpg
Oxunub: 1837     10:53     06 Mart 2021    
Paşinyanın “İskəndər”lər haqqında bir neçə gün əvvəl verdiyi açıqlama Moskvada səs-küyə səbəb olmuşdu, hələ də müzakirə olunur, Paşinyan lağa qoyulur. Paşinyanın mətbuat katibi Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında son telefon danışığı zamanı Baş nazirin Ermənistan tərəfindən “İskəndər” sistemindən istifadəsi ilə bağlı açıqlamasının müzakirə edildiyini bəyan edərək buna son qoymağa çalışıb.

“Mövcud faktların və məlumatların müqayisəsi nəticəsində Ermənistanın Baş naziri bu vəziyyət barədə ona düzgün məruzə edilmədiyi qənaətinə gəlib”, - deyə Mane Qevorkyan bildirmişdi. Xatırladaq ki, eyni mətn daha öncə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi tərəfindən Ermənistan Baş nazirinə səhv məlumat verildiyini açıqlanmış və əslində “İskəndər”lərin müharibə zamanı istifadə edilmədiyini vurğulanmışdı.

“Üstəlik, Baş nazirin açıqlamasının hərbi və hərbi-sənaye əməkdaşlığı sahəsində Ermənistan-Rusiya müttəfiq münasibətlərinin məzmunu və keyfiyyəti ilə heç bir əlaqəsi yoxdur. Şübhə yoxdur ki, Rusiya silahları dünyanın ən yaxşı silahları sırasındadır. Ermənistan Respublikası Rusiya Federasiyası ilə hərbi sənaye, yüksək texnologiya sahələrdə sıx əməkdaşlığı davam etdirir və bunu daha da dərinləşdirmək üçün addımlar atmaq niyyətindədir”, - deyə Paşinyanın mətbuat katibi bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Moskvanın Ermənistanın rəsmi izahından razı qaldığını bəyan edərək bildirib ki, bu məsələdə həqiqətin bərpa edildiyi çox vacibdir. Bəs, Paşinyanın vurduğu zərbənin çöküntüsü səs çıxarmadı? Əlbətdə, yox.

Kremlin tam nəzarəti altında olan Federal televiziya kanalları rus “İskəndər”ləri haqqında açıqlamadan sonra, Ermənistan hakimiyyətini tənqid edərək, yumşaq desək, bitərəfliyi pozdular. Rusiya federal telekanalları son vaxtlar Ermənistandakı vəziyyəti geniş xəbər proqramlarında işıqlandırdılar, həm “Birinci Kanal”, həm də “Rusiya 24” kanalı bugün Ermənistandakı dərin böhranın kökündə Paşinyanın “İskəndər”lərlə bağlı açıqlamasının dayandığını vurğulayır.

“Bu raketlərin səmərəliliyinin 10% olduğunu söyləmək üçün çox qəribə bir təxəyyül olmalıdır. Bu nə deməkdir, raketlər cəmi 10% uçub?”, - deyə “Birinci TV”-nin şərhçisi ələ salaraq belə bir açıqlamanın dərin bir sürpriz olduğunu, yüksək səviyyəli bir məmurun sağlam düşüncəyə sahib olmasından söhbət getmədiyini, sadəcə heç olmasa məktəbdə riyaziyyat fənninə yiyələnmiş olması zəruriliyindən danışıb.

“Rusiya 24” kanalının verilişi də eyni məntiqə uyğun hazırlanıb. Rusiya mətbuatı da Ermənistandakı böhranı işıqlandırıb. Rus jurnalistlər qeyd edir ki, İrəvanda həm iqtidar, həm də müxalifət tərəfindən təşkil olunan küçə etirazlarına çox insan qoşulub və hazırda nəticəsini proqnozlaşdırmaq mümkün deyil.

“Kommersant” bununla bağlı yazır: “İndi Dağlıq Qarabağ uğrunda məğlub müharibədən sonra reytinqi düşən Nikol Paşinyan, küçənin hakimiyyətdəki və siyasətdəki ömrünü uzadacağına ümid edir. Baş nazirin müxalifləri küçələrdəki kütlələrlə ona təzyiq göstərə bilməsə, bu variant işləyə bilər. Hazırda müxalifətin mitinqləri azlıq təşkil edir, bu səbəbdən hökumət üçün təhlükə yaratmır”.

Başqa sözlə, onsuz da Rusiya hakimiyyətinin Paşinyana iki il yarımdır mövcud inamsızlığına müharibənin bitməsindən üç ay sonra yeni zərbəsi də əlavə olundu.

Erməni mətbuatında dərc olunan məqalələrin birində deyilir ki, bövbəti erməni-rus fitnəsi sanki belə həll olundu, amma nəticəsi hələ aydın deyil.

Ruslar Serj Sarkisyanın Aİ ilə danışıqlar apardığını hələ də ona bağışlamayıblar, rusların yaddaş səviyyəsinə şübhə etmək olmaz. Rusiyanın rəqib dövlətlərinin rəhbərləri belə, Rusiya silahlarının effektivliyi ilə bağlı şübhələrini dilə gətirməyə yol verməyiblər. Birdən-birə Paşinyan Ermənistandakı daxili siyasi atmosferin gündəmini dəyişdirmək üçün “İskəndər” raketlərinə “zərbə vurmaq” qərarına gəlib.

Hər dəfə Paşinyan Rusiyanın bu gün Ermənistanın təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətini dərk etdiyi zənn olunduğu bir vaxtda, bunun belə olmadığı məlum olur. O, Ermənistanda bu inamın hakim olmasını istəmir, əks addım atır, Rusiyanın nüfuzuna zərbə vurur.

Bəs niyə belədir? Bunun yeganə izahı aşağıdakılardır: Paşinyan, Ermənistan və Rusiya arasında müttəfiqlik münasibətləri həqiqətən işlək olarsa, Rusiya Ermənistanda güclü olarsa, bunu öz hökumətinə qarşı birbaşa təhlükə kimi nəzərdən keçirir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ermənistan   Böhran   Paşinyan  

Kreml unutmur| Paşinyana görə Rusiya ilə müttəfiqlik münasibətləri birbaşa təhlükədir

2020/04/11-1586938486.jpg
Oxunub: 1838     10:53     06 Mart 2021    