“Venesuela Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib” - Səfir

2021/03/krist-1614793407.jpg
Oxunub: 1017     21:18     03 Mart 2021    
Venesuela Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verir.

Ordu.az xəbər verir ki, bunu Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri Kristofer Martinez Berroteran Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib.

Diplomat parlament diplomatiyasının inkişafında Milli Məclisin rolunu yüksək qiymətləndirərək, Azərbaycan parlamentinin fəaliyyəti ilə yaxından maraqlandığını bildirib. Qeyd edilib ki, hər iki ölkə parlamentləri arasında münasibətlərin inkişafı ümumi mənafelərə cavab verər. Bu baxımdan, dostluq qruplarının yaradılması məqsədəmüvafiq sayıla bilər. Qonaq Venesuela parlamentinin fəaliyyəti barədə Sədrə ətraflı məlumat verərək, mütəmadi görüşlərin əhəmiyyətini vurğulayıb.

Səfir ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyini bir daha bəyan edərək, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar noyabrın 10-da imzalanmış üçtərəfli Sazişi diplomatiyanın uğuru kimi dəyərləndirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Qarabağ  

“Venesuela Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib” - Səfir

2021/03/krist-1614793407.jpg
Oxunub: 1018     21:18     03 Mart 2021    