Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı "İsgəndər"in harada və hansı şəraitdə tətbiq olunduğu, "İsgəndər"in 10 faiz partlamasının mümkün olub-olmadığı barədə məlumat verməkdən imtina edir.
Ordu.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahından "Aysor.am" nəşrinin yazılı sorğusuna cavab olaraq bildiriblər.
""Məlumat azadlığı haqqında" Ermənistan qanununun 8-ci maddəsinin 1-ci bəndinin və Ermənistan hökumətinin 1998-ci il 13 mart tarixli, 173 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 5-ci və 8-ci bəndlərinin tələblərini əsas qəbul edərək məlumatın verilməsi rədd edilir", - deyə məlumatda qeyd olunub.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
İsgəndər