Sudanda ABŞ və Rusiya donanmasının rəqabəti

2021/03/666-1614932286.jpg
Oxunub: 847     15:44     05 Mart 2021    
Sudanda hakimiyyət dəyişikliyindən sonra qlobal və regional güclər arasında rəqabət gərginləşib. Ötən həftənin sonu Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Admiral Qriqoroviç” freqatı Sudanın Qırmızı dənizdə yerləşən limanına daxil olub. Bildirilir ki, Moskva burada dəniz limanı qurmağa hazırlaşır.

Həftənin əvvəli isə ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS Winston Churchill” esminesi Sudan limanına gəldi. Ötən ay isə tarixdə ilk dəfə ABŞ hərbi gəmisi Sudan sahillərində dayandı.

Qeyd edək ki, Sudanda hakimiyyət dəyişikliyindən sonra ABŞ və İsraillə münasibətlər normallaşıb. ABŞ Sudanı terroru maliyyələşdirən ölkələr siyahısından çıxarıb, Sudan isə İsrail ilə münasibətləri normallaşdırmağa razı olub.

Eyni zamanda Xartum Rusiyaya Sudan limanının şimalında yerləşən Flaminqo körfəzində nüvə enerjisi ilə işləyən gəmilər yerləşdirə biləcək mərkəz qurma haqqı verib. 25 illik icarə hər on ildən bir yenilənməlidir.

“Associated Press” bildirib ki, Rusiya dəniz limanı qurma qarşılığında Sudana silah və hərbi texnika verəcək. Rusiya Sudan silahlı qüvvələri tərəfindən qorunacaq bazaya silah və sursat nəql etmək hüququnu da qoruyur.

Rusiyanın Qırmızı dənizdəki hərbi donanması Moskvanın Avropaya mal axınına və potensial olaraq Fars körfəzindən neft tədarükünə təzyiq göstərməsinə imkan verə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Rusiya   Sudan  

Sudanda ABŞ və Rusiya donanmasının rəqabəti

2021/03/666-1614932286.jpg
Oxunub: 848     15:44     05 Mart 2021    