Ermənistanda müharibə iştirakçılarına saxta rəqəm təqdim edərək külli miqdarda pul mənimsəməyə çalışıblar

2019/02/top-3-1550122846.jpg
Oxunub: 811     14:56     03 Mart 2021    
Ermənistan korrupsiya və iqtisadi cinayətlərə qarşı mübarizə idarəsində alınmış məlumatlar əsasında hazırlanmış materiallarla faktiki məlumatlar əldə olunub ki, “Korrupsiya əleyhinə xalq nəzarəti birliyi” ictimai təşkilatının sədri və 16 üzvü xüsusilə böyük miqdarda məbləği mənimsəmək məqsədilə bir-birləri ilə razılığa gələrək 2020-ci il sentyabrın 27-də başlamış müharibədə hərbi əməliyyatlarda iştirak etmiş şəxslərə Ermənistan hökuməti tərəfindən nəzərdə tutulmuş müvafiq proqramlar çərçivəsində, eləcə də qanunla müəyyənləşdirilmiş qaydada fiziki dəstək almaq məqsədilə ictimai təşkilatın kağızı ilə yanvarın 12-də Ermənistanın Müdafiə, Əmək və Sosial Məsələlər Nazirliklərinə təşkilatın möhürü ilə təsdiq edilmiş, məzmunca saxta, rəsmi sənədlər olan məktublar-vəsatətlər və yanında guya təşkilatın 17 üzvünün Qarabağ müharibəsində iştirak etdiyi, maliyyə yardımı və ya dəstəyi almadığı barədə siyahılar hazırlayıb və təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan polisi məlumat yayıb.

Bildirilir ki, bu şəkildə qeyd olunan nazirliklərin səlahiyyətli şəxslərinin etimadından sui-istifadə edərək dövlətdən aldatma yolu ilə xüsusilə böyük miqdarda pulu, təxminən 3 milyon 270 min dramı mənimsəməyə cəhd ediblər, lakin polis əməkdaşlarının müdaxiləsi nəticəsində cinayəti başa çatdırmayıblar.

Hadisə ilə bağlı cinayət işi açılıb və iş Ermənistan İstintaq Komitəsinə göndərilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran  

Ermənistanda müharibə iştirakçılarına saxta rəqəm təqdim edərək külli miqdarda pul mənimsəməyə çalışıblar

2019/02/top-3-1550122846.jpg
Oxunub: 812     14:56     03 Mart 2021    