Serj Sarkisyan və Onik Qasparyan nə danışıblar?

2021/03/timth-1614763708.jpg
Oxunub: 972     15:27     03 Mart 2021    
Ötən gün Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayel Minasyan diqqətəlayiq məlumat bildirib ki, Milli Təhlükəsizlik Xidməti bir neçə ay əvvəl Onik Qasparyanı gizli şəkildə dinləyib və Baş Qərargah rəisi ilə Serj Sarkisyanın telefon danışığını səsyazmaya alıb, o, tezliklə nəşr olunacaq.

Ordu.az xəbər verir ki, “Hraparak” nəşri söhbətin nədən getdiyini aydınlaşdırmağa çalışıb.

Məlum olur ki, bu danışıq dekabrda, Nikol Paşinyanın Sünikə getməsi günlərində olub.

Serj Sarkisyana bildiriblər ki, Onik Qasparyan Baş nazirin dekabrın 21-də baş tutacaq səfərinə mane olmamaq üçün Paşinyanın Sünikə getməsindən əvvəl dekabrın 19-da Sünikə səfər edib.

Əvvəlcədən artıq məlum idi ki, süniklilər Paşinyanı vilayətə daxil olmağa buraxmayacaqlar, buna görə də bu məsələni yalnız güc strukturları həll edə bilərdi.

Bu xəbər Serj Sarkisyanın təəccübünə səbəb olur ki, Baş Qərargah rəisi bu aşağı missiyanı üzərinə götürüb.

Serj Sarkisyanın təəccübü Qasparyana çatanda isə o, o qədər qəzəblənir ki, birbaşa şəkildə Serj Sarkisyana zəng edir və qəzəbli şəkildə “mənim bu səfərlə əlaqəm yoxdur, mən necə bənzər şeylə məşğul ola bilərəm?” deyir.

O qədər qəzəbli olur ki, Paşinyanı belə söyür ki, mən bunun şəriki deyiləm. Bu söhbəti isə MTX səsyazmaya alıb və onu yayımlamaq istəyirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran  

Serj Sarkisyan və Onik Qasparyan nə danışıblar?

2021/03/timth-1614763708.jpg
Oxunub: 973     15:27     03 Mart 2021    