Rus politoloq: “Paşinyanın məqsədi məğlubiyyətin şəxsi məsuliyyətini öz üzərindən atmaqdır”

2021/03/urspo-1614754500.jpg
Oxunub: 739     14:32     03 Mart 2021    
Rusiyanın “Svobodnaya pressa” nəşri Ermənistanda yaranmış daxili siyasi böhrana toxunub.

Ordu.az xəbər verir ki, nəşr ekspertlərlə mövcud vəziyyəti, mümkün həll yollarını müzakirə edib.

“Hər şeyi növbədənkənar seçkilər göstərəcək. Düşünürəm ki, Ermənistan buna gedir”, - deyə politoloq, Rusiya Strateji İnkişaf Fondunun ekspert şurasının rəhbəri İqor Şatrov bildirib.

Onun sözlərinə görə, Paşinyan bu bütöv macəranı bir məqsədlə başladıb.

“Fikrimcə, Paşinyan bu bütöv macəranı bir məqsədlə başladıb - Dağlıq Qarabağdakı məğlubiyyətin şəxsi məsuliyyətini öz üzərindən ataraq və oxları hərbçilər tərəfə istiqamətləndirərək öz hakimiyyəti üçün yeni, müharibədən sonrakı legitimliyi təmin etmək”, - deyə Şatrov qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran  

Rus politoloq: “Paşinyanın məqsədi məğlubiyyətin şəxsi məsuliyyətini öz üzərindən atmaqdır”

2021/03/urspo-1614754500.jpg
Oxunub: 740     14:32     03 Mart 2021    