“Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etməklə bağlı Baş nazirin sərəncamının konstitusiyaya uyğun olmasından etiraz etmək üçün martın 4-nə qədər Konstitusiya Məhkəməsinə müraciət etməsə, faktiki olaraq konstitusiyanı pozacaq”.
Ordu.az xəbər verir ki, bunu konstitusiya məsələləri üzrə erməni ekspert Aram Vardevanyan deyib.
Onun sözlərinə görə, Ermənistan prezidenti tərəfindən sözügedən sərəncamla bağlı qərar qəbul etmək məsələsi üzrə üç günlük müddətin martın 1-dən hesablandığı daha öncə qeyd olunub.
“Yəni, martın 4-də sərəncamla bağlı müraciət Konstitusiya Məhkəməsinə təqdim olunmasa, hüququn qüvvəsi ilə sərəncam qüvvəyə minəcək”, - deyə Vardevanyan şərh edib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Böhran