ABŞ piyadaları üçün yeni yüngül yolsuzluq avtomobilləri istehsal edilir

2021/03/16145-1614677382.jpg
Oxunub: 982     19:12     03 Mart 2021    
“General Motors Defence” şirkəti ABŞ ordusunun piyada qüvvələri üçün yeni yüngül yolsuzluq avtomobilinin istehsalına başlayıb.

Ordu.az xəbər verir ki, avtomobillərin prototiplərinin sınaqları artıq başlayıb və aprel ayınadək davam edəcək.

Ötən ilin mart ayında elan olunan tenderdə qalib gələn şirkət müqavilə çərçivəsində “Chevrolet Colorado” bazasında 649 piyada avtomobili istehsal edəcək. Gələcəkdə avtomobillərin istehsalı 2065 ədədə çatdırıla bilər. İlkin imzalanan müqavilənin ümumi dəyəri 214.3 milyon dollardır.

Məlumata görə, avtomobil 186 at gücünə sahib olan 2.8 litrlik 4 silindrli, turbo dizel mühərriklə işləyir. Avtomobil 9 nəfərlikdir və CH-47 “Chinook” helikopterləri ilə daşına bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ  

ABŞ piyadaları üçün yeni yüngül yolsuzluq avtomobilləri istehsal edilir

2021/03/16145-1614677382.jpg
Oxunub: 983     19:12     03 Mart 2021    