KİV: İran hücumdan əvvəl ABŞ qüvvələrini izləmək üçün mülki peyk şəkillərindən istifadə edib

2021/03/VY7Q4-1614665092.jpg
Oxunub: 704     12:35     02 Mart 2021    
İran ötən il general Qasım Süleymaninin öldürülməsinə cavab olaraq İraqdakı ABŞ və koalisiya qüvvələrinə ballistik raket hücumundan əvvəl Eyn əl-Əsəd aviabazasını izləmək üçün mülki peyk şəkillərindən istifadə edib.

Ordu.az xəbər verir ki, bu barədə məşhur “60 Minutes report” multimedia portalının hazırladığı reportajda bildirilib.

Hücum nəticəsində bazaya, orada olan hərbi avadanlıqlara, helikopterə ziyan dəymiş, 100 nəfərdən artıq şəxs kəllə-beyin travması almışdı. Ölənlərin olmadığı bildirilirdi.

Reportajda İranın hücum günü bazanın peyk şəkillərini əldə etdiyi və ABŞ Mərkəzi Komandanlığının bundan xəbərdar olduğu deyilir.

Qeyd olunur ki, İranın hücumdan əvvəl istifadə etdiyi görüntülər köhnə olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ  

KİV: İran hücumdan əvvəl ABŞ qüvvələrini izləmək üçün mülki peyk şəkillərindən istifadə edib

2021/03/VY7Q4-1614665092.jpg
Oxunub: 705     12:35     02 Mart 2021    