Xocalı həqiqətlərinə daha üç ölkənin mətbuatında geniş yer ayrıldı

2021/03/16146-1614618877.jpg
Oxunub: 892     20:02     01 Mart 2021    
Neapol-Bakı Assosiasiyasının prezidenti Cüzeppe Kanilyonun dəstəyi ilə İtaliyanın https://www.politicamentecorretto.com xəbər portalında assosiasiyanın üzvü Nərgiz Cəfərovanın "Xocalı soyqırımı" sərlövhəli məqaləsi yerləşdirilib.

Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi qüvvələrinin 366-cı motoatıcı alayın köməyi ilə Xocalı şəhərinin dinc sakinlərinə qarşı törətdikləri soyqırımı barədə müfəssəl məlumat verilib.

"Bolqarıstan-Azərbaycan Dostluğunun İnkişafına Yardım" İctimai Birliyinin təşəbbüsü ilə Bolqarıstanın "fakti.bg", "standartnews.com" və "eurocom.bg" xəbər saytlarında da "Azərbaycan qisas deyil, Xocalı soyqırımına münasibətdə ədalət axtarır" sərlövhəli məqalə yayımlanıb. Məqaləni qələmə alan Denis Cambazov erməni silahlı birləşmələri tərəfindən törədilən, misli görünməmiş soyqırımı barədə oxuculara ətraflı məlumat verib. Müəllif qeyd edib ki, həm 1992-ci il Xocalı soyqırımı, həm də 2020-ci ildə Azərbaycanın mülki əhalisinin bombardman edilməsi Ermənistan hakimiyyətinin Azərbaycanın mülki əhalisinə qarşı sistematik zorakılığının, düşünülmüş siyasətinin bariz nümunəsidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan  

Xocalı həqiqətlərinə daha üç ölkənin mətbuatında geniş yer ayrıldı

2021/03/16146-1614618877.jpg
Oxunub: 893     20:02     01 Mart 2021    