Erməni siyasi xadim: “Paşinyan orduda kadr qırğınına başlamağı planlaşdırır”

2021/02/gds-1612261656.jpg
Oxunub: 1068     20:25     01 Mart 2021    
“Ermənistanın Baş naziri vəzifəsini tutan Nikol Paşinyan Ermənistan prezidenti Armen Sarkisyana Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanı vəzifədən azad etməklə bağlı təklif təqdim edib”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Milli gündəm” partiyasının nümayəndəsi Avetik Çalabyan “Facebook” səhifəsində yazıb.

Çalabyan bildirib ki, Qasparyan bu vəzifəyə sözün əsl mənasında yarım il əvvəl təyin olunub və ötən müharibənin bütün qeyri-insani yükünü öz üzərində daşıyıb.

“Ermənistan Silahlı Qüvvələrinin komandir heyətinin praktik olaraq 90 faizinin Onik Qasparyanın məlum bəyanatına qoşulduğuna görə Nikol Paşinyan Onik Qasparyanın vəzifədən azad olunması ilə faktiki olaraq orduda kadr qırğınına başlamağı və bir çox başqa sahələrdə baş verdiyi kimi fəaliyyətdə olan komandirləri öz savadsız şərikləri ilə əvəz etməyi planlaşdırır”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   Paşinyan  

Erməni siyasi xadim: “Paşinyan orduda kadr qırğınına başlamağı planlaşdırır”

2021/02/gds-1612261656.jpg
Oxunub: 1069     20:25     01 Mart 2021    