Ordu.az xəbər verir ki, bu fikri erməni politoloq Ağasi Yenokyan bildirib.
Rusiya Dövlət Dumasının deputatı Dmitri Sablin isə deyib ki, pis oynayana ayaqları mane olur.
“Bu xalq müdrikliyi Ermənistan Baş nazirinin son müharibədə istifadə edilmiş “İsgəndər”in köhnəliyi barədə sözünü ən yaxşı şəkildə xarakterizə edir”, - deyə Sabblin bildirib.
Sablin xatırladıb ki, bu OTRK yüksək xüsusiyyətlərini Suriyada terrorçulara qarşı müharibə zamanı göstərib.
“Soros metodistləri Paşinyanı “çəkdilər”. Bu, o şeyə daha bir sübutdur ki, küçə, öz ölkəsini məhv edən insanı necə gözəl şüarların müşayiəti, əcnəbi, düşmən ssenarisi ilə hakimiyyətə gətirir”, - deyə deputat əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az